Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQFövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Sonxeber.az həmin müraciəti təqdim edir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 24-ü axşamdan başlayaraq iyunun 29-dək ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 266   Tarix: 24 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?

Yol-nəqliyyat hadisəsi zamanı bir nəfərin ölümü və digərinin xəsarət almasında təqsirləndirilən "Arzum 99" ləqəbli bloqer İlduzə Hacıyevanın cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, hadisə 2025-ci il iyunun 27-də paytaxtın Xəzər rayonu Mərdəka

24 iyun
.

Türkiyə və İran parlamentlərinin sədrləri Bakıda MÜHÜM MÜZAKİRƏLƏR APARIRLAR

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafla ikitərəfli görüş keçirir. -ın əldə etdiyi məlumata görə, görüş Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə reallaşan İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyini

24 iyun
.

Azərbaycanda sığorta aktivləri iki milyard manatı keçib

Azərbaycanın sığorta sektorunun məcmu kapitalı requlyativ kapital tələbini iki dəfə üstələyib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin I müavini Əliyar Məmmədyarov XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda deyib. Onun sözlərinə görə, son iki ildə sığorta haqları 23% artaraq 1.

24 iyun
.

Filippində güclü zəlzələ baş verib

Filippində 5 bal gücündə zəlzələ baş verib. -ın verdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri bildiriblər. Məlumata görə, yeraltı təkanlar 24 iyun - çərşənbə günü, yerli vaxtla saat 10:04-də (Bakı vaxtı ilə 06:04-red.) qeydə alınıb. Bildirilir ki, zəlzələni

24 iyun
.

Avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş belə xilas edildi - Video

Paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal cəlb edilib

24 iyun
.

Əziz Ələkbərov: "Qərbi Azərbaycan qaçqınlarının ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir"

O bildirib ki, bu onların təkcə insanlıq haqqı deyil, eyni zamanda beynəlxalq hüquqa söykənən hüququdur:. "Çox təəssüf ki, Ermənistan rəhbərliyi sülh danışıqları getsə də, bu istiqamətdə xeyli uğurlara imza atılsa da, Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıtmasına hələ də mane olur

24 iyun
.

Tanışına balta və dəryazla xəsarət yetirən 10 uşaq atasına hökm oxundu

Qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirləndirilən Möhtəmən Səmədovun (soyadı şərtidir - red.) barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. -a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, təqsirləndirilə

24 iyun
.

Xalq artisti: Həyat yoldaşım məndən 37 yaş kiçikdir

Xalq artisti Tariyel Qasımovun ikinci həyat yoldaşı özündən 37 yaş kiçikdir. Qaynarinfo xəbər verir ki, tanınmış aktyor bu barədə qonaq olduğu televiziya verilişlərindən birində danışıb. O, həyat yoldaşının 50 yaşında olduğunu bildirib:. "İlk həyat yoldaşımdan ayrıldıqdan 4-5 ay sonra yenidən ail

24 iyun
.

Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib

Qırğızıstan Prezidenti Sadır Japarov nəvələrinə smartfonlardan istifadəni qadağan etdiyini bildirib və valideynlərə də bu cür davranmağı tövsiyə edib. xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatında məlumat verilib. Dövlət başçısının sözlərinə görə, təhsil müəssisələrində ölkənin tarixi və adət-ənənələr

24 iyun