Hörmüzlə bağlı növbəti addım: ABŞ və İran arasında qaynar xətt yaradılır?
Hörmüz boğazında gəmiçiliyin tam bərpa edilməsi üçün ABŞ və İran arasında xüsusi qaynar xəttin yaradılmasına ehtiyac duyulur.
Oxu.Az xəbər verir ki, bu barədə Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani "Financial Times" (FT) nəşrinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə əsasən, İsveçrədəki danışıqlar zamanı tərəflərin razılaşdırdığı belə bir rabitə kanalı dezinformasiyaların qarşısını almaq və mühüm su yolunun minalardan təmizlənməsi prosesində fəaliyyətləri koordinasiya etmək üçün zəruridir. Tehran və Vaşinqton arasında Pakistanla birlikdə vasitəçi rolunu icra edən Qətər hökumətinin başçısı qeyd edib ki, bəzən süni şəkildə qarışıqlıq yaratmaq cəhdləri kimi hallarla üzləşirlər.
"Buna görə də qaynar xəttin əsas məqsədi, təhlükə altında olan istənilən gəminin İran tərəfindən yoxlanılaraq təhlükəsiz şəkildə yoluna davam etməsini təmin etməkdir", - deyə nəşrin həmsöhbəti vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 256 Tarix: 24 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrAzərbaycanda abortların sayı ilə bağlı DƏHŞƏTLİ STATİSTİKA
Azərbaycanda abortların sayı kəskin artıb. -a istinadən xəbər verir ki, son 15 ildə Azərbaycanda abort halları 30% artıb. Belə ki, ötən il Azərbaycanda 95 875 doğuş və 95.1 min abort qeydə alınıb. Bununla da ölkədə hər 100 doğulan körpəyə 99 abort faktı düşür. Maraqlıdır ki, 2010-cu ildə bir milyonda
16 sentyabrÖtən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord
Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"
16 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabrTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabr