Prezidentin köməkçisi: "Pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq"
Azərbaycanda pambıqçılıqda yeni dəstək mexanizmləri tətbiq olunacaq.
Sonxeber.az "Report"a istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezidentin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Pambıqçılığın inkişafı məsələlərinə dair müşavirədə bildirib.
Onun sözlərinə görə, pambıqçılıqda məhsul subsidiyalarının davam etdirilməsi, həmçinin mahlıcın beynəlxalq bazarlarda dəyişkən qiymətlərindən irəli gələn risklərin azaldılması məqsədilə sığorta mexanizmlərinin hazırlanaraq tətbiqi nəzərdə tutulur: "Bu mexanizmlər fermerlərin və pambıqçılıq şirkətlərinin gəlirlərinin sabitliyinin qorunmasına, istehsalın daha etibarlı planlaşdırılmasına və sahədə maliyyə risklərinin minimuma endirilməsinə imkan verəcək. Bununla yanaşı, pambıq emalı sənayesinin inkişafı məqsədilə yeni iplik, parça və tekstil müəssisələrinin yaradılması, emal avadanlıqlarının alınmasına dövlət dəstəyinin göstərilməsi, eləcə də istehsal olunan pambıq ipliyinin daxili emal sənayesinə yönləndirilməsinin təşviqi nəzərdə tutulur. Bu yanaşma pambığın yalnız xammal kimi ixracının qarşısını almağa, əlavə dəyər zəncirinin ölkə daxilində genişləndirilməsinə və yerli sənayenin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək".
Bundan başqa, Z.Nağdəliyev deyib ki, pambıqçılıqda hər hektardan 5 ton məhsul hədəfi müəyyən edilib: "Dövlət başçısı kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə pambıqçılıq sahəsində əldə olunan nəticəni yüksək qiymətləndirib, qarşıya daha iddialı hədəflər qoyub. Bu hədəflər sırasında hər hektardan ən azı 5 ton məhsul əldə edilməsi, emal sənayesinin inkişaf etdirilməsi, mahlıcdan hazır məhsul istehsalının genişləndirilməsi və ixrac potensialının artırılması xüsusi yer tutur. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi məqsədilə bir sıra kompleks və sistemli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərə müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, pambıqçılığın texnika təminatının gücləndirilməsi, torpaq resurslarından səmərəli istifadəni təmin edən qabaqcıl aqrotexniki yanaşmaların, o cümlədən lazer hamarlama texnologiyasının tətbiqinin artırılması daxildir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
"Leobank" kütləvi şikayət atəşinə tutuldu
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
Prezident açılışdan sonra sükan arxasına keçdi - Video
Bu ölkədə 10 avroya dağ havası satılır
Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər
Badamdarda PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Mənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
"Bank of Baku"dan ŞİKAYƏT VAR
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Balaəli Xosrov Maştağalıya butulka atıb? - Dostundan açıqlama