Hürmüzdə böyük əməliyyat: Körfəz ölkələrindən İrana sərt xəbərdarlıq
ABŞ Senatı prezident Donald Trampın İrana qarşı ABŞ ordusundan istifadə imkanlarını məhdudlaşdıran Müharibə Səlahiyyətləri Aktını qəbul edib. Birləşmiş Millətlər Təşkilatı (BMT) isə Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsi üçün əməliyyata başladığını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ABŞ-İran razılaşmasında nəzərdə tutulan İran investisiya fondunun Körfəz ölkələri tərəfindən maliyyələşdirilə biləcəyini bildirib. Bununla yanaşı, o, İranın Hörmüz boğazı üzərində nəzarət qurmasına qarşı olduqlarını vurğulayıb.
İran Livanda geri addım atmır: Qalibaf ABŞ bazalarını hədəf göstərdi
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Livandakı müharibənin başa çatdırılması Tehran üçün İran daxilindəki müharibənin sona çatması qədər əhəmiyyətlidir.
Qalibaf Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin 20-ci sessiyasında çıxışı zamanı deyib:
"Regiondan xarici hərbi qüvvələrin çıxarılmasını strateji məqsəd hesab edirik. Regionun gələcəyini qarşıdurmada deyil, əməkdaşlıqda görürük. Qərbi Asiyada regiondan kənar qüvvələrin hərbi bazaları qeyri-sabitliyin mənbəyidir".
"Lufthansa" İrana uçuşları bərpa etmək istəyir
İran Dövlət Televiziyasının (IRIB) məlumatına görə, "Lufthansa" şirkətinin rəhbəri Tehrandakı İmam Xomeyni Hava Limanı Şəhərinin baş icraçı direktoru ilə görüşüb və aviaşirkətin İrana uçuşları yenidən başlatmaq niyyətində olduğunu bildirib.
İran bu ilin aprel ayında ölkənin şərq hava məkanını beynəlxalq uçuşlar üçün yenidən açmışdı. Bu ay isə ölkənin qərbində mülki aviasiya fəaliyyətinə də icazə verilib.
Qətər: İran investisiya fondunu Körfəz ölkələri maliyyələşdirə bilər
"Financial Times" nəşrinin məlumatına görə, Qətərin baş naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani atəşkəs razılaşmasında nəzərdə tutulan 300 milyard dollarlıq İran investisiya fondunun hədəf xarakterli olduğunu və Körfəz ölkələrinin bu fonda dəstək verə biləcəyini bildirib.
Əl Sani qeyd edib ki, Hörmüz boğazı hazırda açıqdır və İran İnqilab Keşikçiləri Korpusunun boğazın bağlanacağı barədə açıqlamasından sonra vasitəçilər Tehranla əlaqə saxlayaraq bunun qarşısını alıblar.
Baş nazir əlavə edib ki, ABŞ-İran memorandumunun 30-cu günündə boğazdakı nəqliyyatın müharibədən əvvəlki səviyyəyə qayıtması gözlənilir. Bununla belə, etimadın bərpasının zaman tələb etdiyini vurğulayıb.
İranın boğazdan keçid üçün ödəniş tətbiq etmək planlarına etiraz edən əl Sani bildirib:
"Bu, beynəlxalq protokollara ziddir. Qətər kimi ölkə üçün bu boğaz yeganə dəniz çıxışıdır. Dünyaya açılan qapımızın nəzarət altına alınacağı heç bir vəziyyəti qəbul etmərik".
Hörmüzdə qalan 11 min dənizçi təxliyə edilir
BMT-nin Dənizçilik Agentliyi ABŞ-İran memorandumundan sonra Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsi üçün əməliyyata başlayıb.
İran fevral ayının sonlarından etibarən boğazı faktiki olaraq bağlamışdı. Həmin vaxtdan bölgədə qalan dənizçilər Körfəz ölkələrinə aparılacaq, prosedurlar tamamlandıqdan sonra isə öz ölkələrinə göndəriləcəklər.
MAQATE gec-tez İranda yoxlamalar aparacağını açıqlayıb
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, agentliyin müfəttişləri gec-tez İranın nüvə zənginləşdirmə obyektlərində yoxlamalar həyata keçirəcəklər.
Qrossi Tokioda jurnalistlərə açıqlamasında deyib:
"Bu, ertəsi gün, bir həftə və ya on gün sonra ola bilər. Vaxt vacibdir, lakin əsas məsələ prosesin mütləq həyata keçirilməsidir".
ABŞ və İran rəsmilərinin bu məsələ ilə bağlı ziddiyyətli bəyanatlar verdiyi qeyd olunur. ABŞ vitse-prezidenti Cey Di Vens İranın MAQATE müfəttişlərini yenidən ölkəyə dəvət etməyə razılaşdığını iddia etsə də, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi belə bir razılaşmanın olmadığını bildirib.
Senatın qərarı nə deməkdir?
ABŞ Senatı prezident Donald Trampın İrana qarşı mümkün hərbi əməliyyatlarını Konqresin razılığı ilə məhdudlaşdıran qərarı təsdiqləyib.
Qərara əsasən, ABŞ Konqresinin icazəsi olmadan İrana qarşı müharibə elan edə və ya yeni hərbi əməliyyata başlaya bilməz.
Bununla yanaşı, Ağ Ev qərarın hüquqi baxımdan məcburi qüvvəsinin mübahisəli olduğunu bildirib və məsələnin ABŞ Ali Məhkəməsinə çıxarıla biləcəyini qeyd edib.
Tramp Senatın qərarına sərt reaksiya verdi
ABŞ prezidenti Donald Tramp Senatın qərarını tənqid edərək onun vaxtının düzgün seçilmədiyini və mənasız olduğunu bildirib.
Tramp sosial şəbəkədə paylaşımında deyib:
"İranı çıxılmaz vəziyyətə salmışdım. Onlar demək olar ki, hər şeyə razı idilər. Lakin Senat vaxtı uyğun olmayan bir səsvermə keçirməyə qərar verdi".
O, qərarı dəstəkləyən dörd respublikaçı senatoru da tənqid edib və mübarizəsini davam etdirəcəyini bildirib.
Omandan Hörmüz boğazı ilə bağlı açıqlama
Oman Beynəlxalq Dəniz Təşkilatı (IMO) ilə koordinasiya şəraitində gəmilərin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etdiyini açıqlayıb.
Bəyanatda qeyd olunub ki, ABŞ və İran arasında əldə olunan razılaşmalar çərçivəsində boğazdan keçid üçün heç bir ödəniş tələb edilmir və bütün gəmilər üçün müvəqqəti dəniz dəhlizi yaradılıb.
ABŞ Ben Qurion hava limanındakı təyyarələrinin sayını azaldıb
İsrailin "i24News" telekanalının məlumatına görə, ABŞ ordusu İsrailin tələbi ilə Ben Qurion Hava Limanında yerləşdirilmiş yanacaq doldurma təyyarələrinin sayını azaltmağa başlayıb.
Bu addımın yay mövsümündə artacaq hava nəqliyyatı üçün əlavə yer yaratmaq məqsədi daşıdığı bildirilib.
Pezeşkian qırmızı xətti müəyyənləşdirdi: İranın müdafiə qabiliyyəti müzakirə mövzusu deyil
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkəsinin raket proqramı və müdafiə imkanları heç bir halda danışıqlar mövzusu olmayacaq.
İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında çıxış edən Pezeşkian deyib:
"Müdafiə qabiliyyətimizlə bağlı heç kimlə danışıqlar aparmayacağıq. Əgər müdafiə silahlarımız olmasaydı, düşmən ölkəmizi Qəzzada olduğu kimi dağıdardı".
O, həmçinin İran və Pakistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Müavinət, təqaüd və sosial yardımların ödəniləcəyi TARİX AÇIQLANDI
Mürəbbə niyə günəş altında gözlədilir?
İlanlar yol kənarında birləşib rəqs etdi - VİDEO
Universitetlər Bakıdan köçürülür? - Nazir AÇIQLADI
Qan təzyiqini aşağı salmağın qeyri-adi ÜSULU
Dənizdə batan Vüqarın dayısı: "Dedi ki, başımı kəssəniz də, danışmaram" - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı: Üçünün meyiti tapıldı
Azərbaycanda direktor müəllimlərin kartlarını mənimsədi: 71 min manatlıq yeyinti
Prezident bir qrup dövlət qulluqçusunu təltif etdi - SİYAHI
Sevgilisini onun ən yaxın rəfiqəsi ilə aldatdı - FOTO
Hüseyn Məhəmmədoğlu:"Get dişini düzəlt, pulun yoxdur?"
Orduda xidmət edən hərbçilərin saçları ilə bağlı mühüm qərar
Tez-tez dəyişdirməli olduğumuz 7 mətbəx əşyası
Ən yaxşı yemişi seçməyin yolları - Sadəcə qoxulamaq kifayət deyil
Dünən quraq torpaq idi, bu gün ev gölün ortasında qaldı - VİDEO