Ad günü məclisində faciə: İki yeniyetmə öldü, altı nəfər xəstəxanalıq oldu

Ad günü məclisində faciə: İki yeniyetmə öldü, altı nəfər xəstəxanalıq olduRusiyanın Solneçnoqorsk şəhərində baş tutan yığıncaqda gənclərin mefedron qəbul etməsi nəticəsində iki nəfər həyatını itirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a təcili yardım xidmətindən bildiriblər.

"İlkin məlumata görə, mefedronla kəskin zəhərlənmə nəticəsində iki nəfər həyatını itirib, daha altı nəfər isə xəstəxanaya yerləşdirilib", - deyə qurumdan bildirilib.

Moskva vilayəti üzrə prokurorluğun mətbuat xidməti vurğulayıb ki, iki yeniyetmə təcili yardım briqadası hadisə yerinə çatmazdan əvvəl vəfat edib.

"Baş vermiş insidentin bütün təfərrüatının araşdırılması Solneçnoqorsk şəhər prokurorluğunun nəzarəti altındadır. Zəhərlənməyə səbəb olan amillərlə bağlı yekun qərar istintaqöncəsi yoxlamalardan və məhkəmə-tibbi ekspertizanın rəyindən sonra elan ediləcək", - deyə xidmətdən bildirilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, gənclər məclisdə spirtli içki qəbul ediblər. Daha sonra naməlum şəxs onlara ağ rəngli toz təklif edib, onu qəbul etdikdən sonra özlərini pis hiss ediblər. Hadisə yerinə baxış zamanı içərisində naməlum maddə olan bükümlər müsadirə edilib və laborator ekspertizasına göndərilib.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 1056   Tarix: 27 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi

Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli

8 sentyabr
.

Ata və oğlu küçədəki pişiklərin yemək qablarını zibilə atdı - VİDEO

Türkiyənin Bursa şəhərində ata və oğulun küçədə pişiklər üçün qoyulan yemək və su qablarını zibilə atması və suyu yerə tökməsi təhlükəsizlik kamerasına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Osmangazi rayonunun Soğanlı məhəlləsində, Kanalboyu küçəsində baş verib. Məhəllə sakinlərini

17 sentyabr
.

Atatürkə bənzərliyi ilə tanınan şəxs pul qarşılığında toylara qatılır - VİDEO

Türkiyənin Ulu Öndəri Mustafa Kamal Atatürkə fiziki bənzərliyi ilə tanınan bir şəxsin pul qarşılığında toylara qatılması sosial mediada müzakirələrə səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, onun hər bir toy mərasiminə qatılmaq üçün 30 min TL aldığı iddia edilir. Atatürkü xatırladan geyim

14 sentyabr
.

Cəlilabadda qadın su quyusuna düşərək ölüb

Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır

17 sentyabr
.

Qazaxda avtomobil ağaca çırpıldı: İki qardaş xəsarət aldı

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər

6 sentyabr
.

Tərtərdə istixana işçisi güllələndi

Şəmkir sakini Tərtərdə tüfəngdən açılan atəş nəticəsində yaralanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Söylən kəndində baş verib. 1974-cü il təvəllüdlü Məzahir Yusifov kənd ərazisində istixanada iş yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı həmin şəxs tüfəngdən M.Yusifova atəş açıb

7 sentyabr
.

Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"

Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə

10 sentyabr
.

13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO

ABŞ-də 13 yaşlı qızla görüşmək məqsədilə təxminən 14 saat avtomobil idarə etdiyi bildirilən kişi polis tərəfindən saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, hadisənin uşaqlara qarşı cinsi cinayətlərin qarşısının alınmasına yönəlmiş əməliyyat çərçivəsində baş verdiyi bildirilir. Məlumata görə

17 sentyabr
.

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO

Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl

12 sentyabr