Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sonxeber.az Pravda.az-a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə məhkəməyədək sadələşdirilmiş icraat material üzrə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İttihama əsasən, hadisə bu il saat 12 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, Ağasif Məmmədov həyat yoldaşı, zərərçəkmiş Günayə Məmmədova (adı, soyadı şərtidir) ilə ailə-məişət münasibətləri zəminində mübahisə edib. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının bədəninin müxtəlif nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra isə masanın üzərindən ütünü götürərək Günayənin baş nahiyəsinə qəsdən bir dəfə vurub.
Nəticədə zərərçəkmiş şəxsin başının təpə nahiyəsində əzilmiş-cırılmış yara, başın alın və sağ said nahiyələrində qançırlar, eləcə də sol əl nahiyəsində sıyrıq xəsarətləri yaranıb.
Məhkəmədə Ağasif Məmmədov özünü təqsirli bilib və ifadəsində həyat yoldaşı ilə münasibətlərindən danışıb.
Evliliyin ilk illərində münasibətlərinin normal olduğunu deyən təqsirləndirilən şəxs sonradan aralarında problemlərin yarandığını qeyd edib.
O, münasibətlərinin pozulmasının əsas səbəblərindən birinin Günayə Məmmədovanın son vaxtlar ondan gizli şəkildə mobil telefonla danışması olduğunu söyləyib.
Ağasif Məmmədovun dediyinə görə, həmin vaxt qadının mənzilin qonaq otağında telefonla kiminləsə danışdığını görüb: "Günayənin kiminlə danışdığını soruşsam da, cavab ala bilmədim. Həmin vaxt içkili vəziyyətdə idim və buna görə əsəbiləşdim. Telefonla kiminlə danışdığını öyrənmək üçün mobil telefonu istəsəm də, o, vermədi. Bundan sonra aramızda mübahisə yarandı".
Ağasif Məmmədov məhkəmədə etiraf edib ki, mübahisə zamanı həyat yoldaşının sifət və qol nahiyələrinə əlləri ilə zərbələr endirib. Daha sonra masanın üzərində olan ütünü götürərək Günayənin başına bir dəfə vurduğunu deyib: "Bundan sonra evdən çıxaraq getdim".
O, məhkəmədə bildirib ki, hazırda Günayə ilə boşanıblar və artıq birlikdə yaşamırlar.
Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını deyib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 179 Tarix: 10 sentyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İtkin düşən şəxsin meyiti su anbarından tapıldı - VİDEO
Türkiyənin Ankara şəhərində bir neçə saatdır itkin düşən 42 yaşlı H.K.-nin meyiti son telefon siqnalının qeydə alındığı Çubuk 1 Su Anbarının gölündən tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yaxınlarının uzun müddət onunla əlaqə saxlaya bilməməsi barədə polisə məlumat verilməsindən sonra axtarışlar
9 sentyabrCəlilabadda ikimərtəbəli ev külə döndü
Cəlilabadda fərdi yaşayış evində yanğın baş verib. xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Məlumata görə, kənd sakini Müslüm Əliyevə məxsus ikimərtəbəli fərdi yaşayış evində naməlum səbəbdən yanğın başlayıb. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Fövqəladə Hallar Nazirliyini
30 avqustTuristin taksi kabusu! Soyub soğana çevirdilər
İstanbulun Karaköy rayonunda taksiyə minən kanadalı turist Alex Soliman avtomobildə olan iki qadın tərəfindən qarət edildiyini və bıçaqla yaralandığını iddia edib. Bu barədə xarici mediaya istinadla xəbər verir. Solimanın sözlərinə görə, qadınlar taksinin qapılarını kilidləyərək ondan 6 min 500 lir
31 avqustDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabrMəşhur türkiyəli aktyor evində ÖLÜ TAPILDI
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. "Sözcu" qəzetinə istinadən xəbər verir ki, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxi
5 sentyabrMingəçevirdə 67 yaşlı kişi keçmiş sevgilisini parkda döydü - Dondurmaya GÖRƏ
Mingəçevirdə kişi küçədə keçmiş sevgilisini döyüb. -ın xəbərinə görə, hadisə supermarketlərdən birinin qarşısındakı parkda qeydə alınıb. 67 yaşlı İsmayıl Nəcəfov əlindəki 3 dondurmanı parkda əyləşən keçmiş sevgilisi Nazilə (şərti adla) və onun yanındakı qadına verib. Nazilə isə onlardan birini İsmayılı
6 sentyabrQadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"
Qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən Ağasif Məmmədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadla xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Emin Fәtәliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə məhkəməyədə
10 sentyabr