Psixikanı məhv edən gündəlik stresin gizli səbəbi açıqlanıb
"İşlə bağlı yazışma qruplarında daim əlçatan olmaq vərdişi emosional tükənməyə səbəb ola bilər".
Oxu.Az xəbər verir ki, bu barədə Gazeta.ru-ya psixoloq Aleksandra Yakovleva danışıb.
Mütəxəssisin sözlərinə görə, xüsusilə messencerlərdə şəxsi həyatla iş arasındakı sərhədlərin aradan qalxması psixikaya ciddi təsir göstərir.
Psixoloq izah edib ki, müasir rəqəmsal platformalar istifadəçinin diqqətini mümkün qədər uzun müddət saxlamaq üçün hazırlanıb:
"Sosial şəbəkələr "dopamin tələləri" yaradır: hər yeni paylaşım, mesaj və ya bildiriş qısamüddətli həzz hissi yaradır və insanı yenidən telefona baxmağa sövq edir. İnsan gecə saatlarında belə iş mesajları ala bilər və nəticədə beyin daim yeni tapşırıqları gözləmə vəziyyətində qalır".
Mütəxəssis texnologiyaların psixi sağlamlığa mənfi təsirini azaltmaq üçün iş qruplarını yoxlamaq üçün dəqiq vaxt məhdudiyyətləri müəyyənləşdirməyi, vaxtaşırı ekranlardan tamamilə uzaq qalmağı, fiziki aktivliyə daha çox vaxt ayırmağı və yaxınlarla üz-üzə ünsiyyəti artırmağı tövsiyə edib.
Ekspert bildirib ki, məhz canlı ünsiyyət və qısamüddətli də olsa rəqəmsal informasiya axınından uzaqlaşmaq beynin bərpasına kömək edir və gündəlik stresin səviyyəsini azaldır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 688 Tarix: 28 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
14 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"
8 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021