82 ildir okeanın dibində qalan 280 milyon dollarlıq qızıl xəzinəsi çıxarıla bilmir

82 ildir okeanın dibində qalan 280 milyon dollarlıq qızıl xəzinəsi çıxarıla bilmirİkinci Dünya müharibəsi zamanı Atlantik okeanında batırılan Yaponiyaya məxsus I-52 sualtı gəmisinin daşıdığı təxminən 2,2 ton qızıl 82 ildir okeanın dibində qalır. Mütəxəssislərin hesablamalarına görə, həmin qızılın bugünkü bazar dəyəri 280 milyon ABŞ dollarından çoxdur.

Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, komandir Kameo Unonun rəhbərlik etdiyi I-52 sualtı gəmi 10 mart 1944-cü ildə Yaponiyanın Kure limanından nasist işğalı altında olan Fransaya doğru yola düşmüşdü. Gəminin əsas missiyası Almaniya ilə Yaponiya arasında strateji əhəmiyyət daşıyan material və texnologiyaların daşınması idi.
Sualtı gəmidə qızıldan əlavə volfram, molibden, qalay, kauçuk və müxtəlif hərbi təyinatlı yüklər də olub.

Lakin ABŞ-ın şifrələrin deşifrə edilməsi ilə məşğul olan xüsusi bölmələri I-52-nin hərəkət marşrutunu əvvəlcədən müəyyən edib. 23 iyun 1944-cü il gecəsi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Bogue aviadaşıyıcısından havaya qalxan Grumman TBF Avenger təyyarəsinin hücumu nəticəsində sualtı gəmi torpedo ilə vurularaq Atlantik okeanının dərinliklərinə qərq olub.

Batığın yeri yalnız 1995-ci ildə amerikalı batıq tədqiqatçısı Pol Tidvellin rəhbərlik etdiyi ekspedisiya tərəfindən müasir sonar sistemlərinin köməyi ilə müəyyən edilib. Üç il sonra həyata keçirilən tədqiqat dalışları zamanı sualtı gəminin gövdəsi görüntülənib, həmçinin yükün bir hissəsi - o cümlədən tiryək qutuları və qalay külçələri aşkarlanıb.

Araşdırmaçılar hesab edirlər ki, qızıl sualtı gəminin çatılması daha çətin olan hissəsində yerləşir. Batığın təxminən 5 min 200 metr dərinlikdə olması isə xilasetmə əməliyyatlarının qarşısındakı ən böyük maneə hesab olunur.

Bu səbəbdən 2,2 ton qızıl yükü artıq 82 ildir Atlantik okeanının dibində qalır. Mütəxəssislər bildirirlər ki, gələcəkdə dərin dəniz texnologiyalarının inkişafı həmin xəzinənin çıxarılması üçün yeni imkanlar yarada bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 409   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Süni intellektdən mütəmadi istifadə bəzi insan kateqoriyaları üçün mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, bu barədə rusiyalı həkim-psixiatr, narkoloq Ruslan İsayev RT-yə müsahibəsində bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, risk qrupuna depressiyaya, təşvişə və ya sosial izolyasiyaya meyill

11 sentyabr
.

Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman

14 sentyabr
.

Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir

"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi

15 sentyabr
.

Səhər yorğun oyanırsınızsa, səbəb gecə etdiyiniz bu səhvdir

Səhər kifayət qədər yatmağınıza baxmayaraq özünüzü yorğun hiss edirsinizsə, bunun səbəbi gecə yatmazdan əvvəl etdiyiniz bəzi vərdişlər ola bilər. xəbər verir ki, yuxu mütəxəssislərinin fikrincə, yatmazdan əvvəl uzun müddət telefon, planşet və ya kompüter ekranına baxmaq yuxunun keyfiyyətinə mənfi təsi

12 sentyabr
.

Maşını gecə park edərkən bu səhvi etməyin

Avtomobili gecə park edərkən sürücülərin yol verdiyi bəzi səhvlər səhər saatlarında xoşagəlməz vəziyyətlərə səbəb ola bilər. xəbər verir ki, xüsusilə avtomobili ağacların altında və ya işıqlandırılmayan ərazilərdə saxlamaq riskli hesab olunur. Ağacların altında park edilmiş avtomobilin üzərinə gecə ərzind

13 sentyabr
.

Televizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir

Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə

14 sentyabr
.

Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər

Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen

11 sentyabr
.

Sentyabrın 2-ci yarısında hamı evinə qucaq dolusu sabun aparacaq - SƏBƏB?

Bir çox insan qatran sabununu yalnız kosmetoloji vasitə kimi qəbul edir. Lakin ondan müxtəlif səthlərdə və məişət əşyalarının təmizlənməsində də istifadə etmək olar. Xüsusilə də sentyabrın ortalarından havaların sərinləməsi ilə infeksion-respirator xəstəliklərə qapı açılacaq. Ona görə də bu "qapı"n

13 sentyabr
.

Evdə bu əşyanı saxlamaq pula qənaət etməyə kömək edir

Evdə bəzi sadə əşyalardan düzgün istifadə etmək gündəlik xərcləri azaltmağa kömək edə bilər. Onlardan biri də termosdur. xəbər verir ki, termosdan istifadə xüsusilə çay və qəhvə kimi isti içkiləri gün ərzində dəfələrlə yenidən hazırlamaq ehtiyacını azalda bilər. İçkini bir dəfə hazırlayıb termosda saxlama

12 sentyabr