Bakı və İrəvanın mühüm anlaşması: İranın "zəif halqa" olduğu üzə çıxandan sonra... - VİDEO

Bakı və İrəvanın mühüm anlaşması: İranın "zəif halqa" olduğu üzə çıxandan sonra... - VİDEOİndiyə qədər Ermənistanın əsas internet trafiki Gürcüstandan keçirdi. İkinci tranzit istiqaməti İran idi. Ermənilər trafikin 20 faizinə qədərini oradan alırdılar.

Baku TV-nin məlumatına görə, Yaxın Şərq münaqişəsindən sonra bu məsələdə İranın zəif halqa olduğu üzə çıxdı. İnternet trafikinin diversifikasiyası isə dövlət üçün son dərəcə vacib olan kibertəhlükəsizlik məsələsidir.

İrəvanla razılaşmaya görə, "Azərtelekom" öz şəbəkəsi vasitəsilə Ermənistana beynəlxalq internet trafikinin tranzitini təmin edəcək. Bu qərar əvvəlcə Ermənistan ictimaiyyətində müəyyən çaşqınlıq, hətta etirazlar doğurdu. Lakin tezliklə cəmiyyətə izah olundu ki, internet trafiki ilə təmin etmək heç də internet əlaqəsinin məzmununa nəzarət etmək demək deyil. Azərbaycanın bu funksiyanı yerinə yetirməsi ermənilərin şəxsi informasiya təhlükəsizliyinə nəinki heç bir təhdid yaratmır, hətta əksinə, təhlükəsizliyini artırır.

Üstəlik, bu, qarşılıqlı prosesdir. Razılaşmaya görə, həmçinin Azərbaycanın əsas ərazisindən Naxçıvana gedən internet trafiki də Ermənistandan keçəcək. Saniyədə 100 giqabayt ötürücülük qabiliyyəti olan kabel Gorus rayonunun Kornidzor kəndi ərazisində Ermənistana daxil olacaq. Ermənilərin Yerasx dedikləri Arazdəyən kəndindən isə Naxçıvana keçəcək. Öz növbəsində, ermənilərin də təbii ki, bizim dataya nəzarət imkanı olmayacaq. Göründüyü kimi, bu razılaşma praktik olaraq Zəngəzur dəhlizinin məntiqi ilə həyata keçirilib. Azərbaycan Ermənistana gedən trafikin yolunu açır, Ermənistan isə Azərbaycanla Naxçıvan arasında rabitəni təmin edir. Demək, Zəngəzur dəhlizinin məntiqi artıq işləməyə başlayıb. Hələ ki onlaynda. Qalır oflaynda da tətbiqi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 271   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Onkoloji xəstə olan Bərdə sakini: "İki azyaşlı övladım aclıq təhlükəsi ilə üz-üzədir"

Bərdə rayon sakini ağır xəstəlik səbəbindən ailəsinin ağır sosial vəziyyətə düşdüyünü bildirərək aidiyyəti qurumlardan kömək istəyir. Bununla bağlı vətəndaş -ın qaynar xəttinə müraciət edib. Onun sözlərinə görə, 2023-cü ildə bir, 2024-cü ildə isə iki dəfə Mingəçevir Regional Xəstəxanasında ağır cərrahiyy

29 iyun
.

Azərbaycanda iyul ayı üçün hava proqnozu AÇIQLANDI

İyul ayına olan hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyul ayında havanın ortaaylıq temperaturunun əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın

29 iyun
.

Sodayla ağ saç probleminə ev şəraitində həll yolları

Ağ saçların yaranması yaşlanmanın təbii əlamətlərindən biridir və gec-tez demək olar ki, hər kəs bu vəziyyətlə qarşılaşır. Lakin saçını tez-tez boyamaq istəməyənlər, xüsusilə ağ saçları az olan insanlar təbii qulluq üsullarına üstünlük verirlər. Xalq arasında uzun illərdir istifadə olunan vasitələrdə

29 iyun
.

Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

Universitetlərdə diplomlar bu ildən onlayn veriləcək. -a istinadla xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən Azərbaycanın ali məktəblərinə təlimatlar verilib. "Diplomların bu təhsil ilindən etibarən elektron, onlayn formada tələbələrə təqdim olunması artıq müzakirə olunub və zəruri hazırlıqla

29 iyun
.

Bakı-Qazax yolunda qəza: Bir nəfər xəsarət aldı

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -a Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 14:07-də Bakı-Qazax yolunun 1-ci kilometrliyində qeydə alınıb. Belə ki, sürücü Ramal Anar oğlu Abbasov idarə etdiyi KIA markalı 77-GR-68

29 iyun
.

Azərbaycanla Ekvador arasında viza tələbi LƏĞV EDİLDİ

Azərbaycanla Ekvador arasında viza tələbi ləğv edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"i

29 iyun
.

Avropa İttifaqında Xarici Fəaliyyət Xidmətinin ləğvi müzakirə olunur

Avropa İttifaqının (Aİ) bir qrup məmuru Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) fəaliyyətinin dayandırılmasını tələb edir. xəbər verir ki, bu məlumatı Avropanın "Politico" nəşri öz mənbələrinə əsaslanaraq yayıb. "Həm Avropa Şurasında, həm də Avropa Komissiyasında Avropa Xarici Fəaliyyə

29 iyun
.

Bakıda dörd yaşlı qız faciəli şəkildə öldü

Bakıda dörd yaşlı qız faciəli şəkildə ölüb. -ın məlumatına görə, hadisə iyunun 27-si saat 11 radələrində paytaxtın Xətai rayonu, C.Həsənov küçəsindəki evlərin birində baş verib. Həmin ünvanda yaşayan 2022-ci il təvəllüdlü M.Hümbətova 15 mərtəbəli binanın 5-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb

29 iyun
.

Nazirdən QƏRAR: Məktəblərdə dərs vaxtı telefondan istifadə QADAĞAN EDİLDİ

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib. "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb. Ümumi müddəalar. Qərara əsasən, bu Qaydalar məktəbəhazırlı

29 iyun