"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMABirinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub.

Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri" adlı plenar iclasda deyib.

O, hazırda 100 il öncə əsası qoyulan mirasın yaşadılması üçün Bakıda olduqlarını bildirib:

"Bakı Türk dünyasının, Qarabağ şəhidlərinin ruhunun hər zaman yad edilib yaşadıldığı bir şəhərdir".

"Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə səsləndirilən fikirlər təkcə tarixi keçmişə verilən qiymət deyil, həm də müasir Türk dünyasının geosiyasi inkişaf xəttinə dair strateji mesaj kimi dəyərləndirilməlidir", - bunu Sonxeber.az -a danışan politoloq Tural İsmayılov deyib:

"1926-cı ildə Bakıda keçirilən Qurultay ortaq əlifba, dil və elmi inteqrasiya ideyalarını gündəmə gətirməklə türk xalqları arasında mədəni və intellektual birliyin təməlini qoymuşdu. Bu baxımdan həmin tədbirin yüz illik yubileyinin məhz Bakıda qeyd olunması Azərbaycanın Türk dünyasının inteqrasiya prosesində oynadığı aparıcı rolu bir daha nümayiş etdirir.

TÜRKSOY-un Baş katibi Sultan Raevin dilin milli kimlik və tarixi yaddaşın əsas daşıyıcısı olması ilə bağlı fikirləri də strateji məna daşıyır. Müasir dövrdə dövlətlərin rəqabəti təkcə hərbi və iqtisadi müstəvidə deyil, həm də mədəniyyət, dil və identiklik üzərindən aparılır. Buna görə də ortaq dil, əlifba və mədəni irsin qorunması Türk dövlətləri arasında inteqrasiyanı dərinləşdirən əsas amillərdən biri hesab olunur.

Son illər Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası və digər institutların fəaliyyətinin genişlənməsi göstərir ki, Türk dünyasında əməkdaşlıq artıq simvolik müstəvidən çıxaraq institusional xarakter alır. Orta Dəhliz, enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, rəqəmsal transformasiya və humanitar əməkdaşlıq kimi istiqamətlərdə formalaşan ortaq gündəlik siyasi inteqrasiyanı da gücləndirir.

Azərbaycan bu prosesdə həm coğrafi mövqeyi, həm siyasi təşəbbüsləri, həm də qazandığı geosiyasi nüfuz sayəsində körpü rolunu oynayır. Qarabağ üzərində suverenliyin tam bərpasından sonra Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil. Birinci Türkoloji Qurultayın yüz illiyinin məhz bu mərhələdə geniş şəkildə qeyd olunması ortaq tarixi yaddaşın gələcək strateji əməkdaşlığın ideoloji dayaqlarından biri kimi qəbul edildiyini göstərir.

Bu mənada 1926-cı ildə Bakıda qəbul edilən ideyalar bu gün də aktuallığını qoruyur. Türk dünyasının gələcək gücü yalnız ortaq tarixə deyil, həmin tarixi siyasi, iqtisadi, elmi və mədəni əməkdaşlığa çevirə bilmək bacarığına bağlı olacaq. Bu isə Türk dövlətlərinin qlobal geosiyasi proseslərdə daha koordinasiyalı və təsirli aktor kimi çıxış etməsinə imkan yaradır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 418   Tarix: 29 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri

44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Şanlı Qələbədən sonra 10 noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağ bölgəsində nisbi sabitlik yarandı, ölkəmiz 30 il düşmən işğalında olan torpaqlarımızda bərpa-quruculuq işlərinə başladı və bu ərazilərdən didərgi

16 sentyabr
.

Avropa institutları ölkəmizə qarşı məkrli mövqe nümayiş etdirir

Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdək

16 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. bu barədə AZƏRTAC-a istinadən xəbər verir

17 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Qafqaz Albaniyasına məxsus irsi tanıtmaq Azərbaycanın haqqıdır - AÇIQLAMA

"Bu gün Qarabağda Qafqaz Albaniyasına məxsus alban-xristian kilsələri ictimaiyyətə təqdim olunur. Hesab edirəm ki, bunun Azərbaycanın maddi-mədəni irsinə aid olması həm ictimaiyyətə, həm də ermənilərə bəllidir. Bu irsi tanıtmaq Azərbaycanın haqqıdır". Bunu -a açıqlamasında politoloq Samir Hümbəto

16 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr