Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilər

Berlində Hitlerin sonuncu bunkerlərindən biri sökülə bilərAlmaniyada Berlin yaxınlığındakı Hitlerin reyxskanselyariyasının əməkdaşlarının istifadə etdiyi bunkeri söküb yerində çoxmənzilli evlər və ofislər tikmək istəyirlər.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məqalə dərc edib.

Bildirilir ki, Hitlerin sevimli memarı Albert Şpeer tərəfindən tikilən yeni reyxskanselyariya binası İkinci Dünya müharibəsinin sonunda ciddi zərər görüb, daha sonra isə 1949-cu ildə sovet qoşunlarının əmri ilə dağıdılıb. Lakin bunker hələ də boş bir sahədə görünür.

Berlinin mənzil məsələləri üzrə senatoru Kristian Gebler hesab edir ki, bu tikilini sökməyin vaxtı çatıb:

"Biz sadəcə ziyarətgah ola biləcək bir bunkeri qorumaq üçün yeni yaşayış komplekslərinin tikintisinə mane olmayacağıq".

Amma bu qərarın əleyhdarları bildirirlər ki, bunker saxlanmalıdır.

"Berlin Yeraltı Dünyası" assosiasiyasının sədri Ditmar Arnold bildirib ki, bunkeri sökmək "dəlilik" olardı:

"Bura cinayətkarlarla bağlı olan məkandır, nasist Almaniyasının hakimiyyət mərkəzi, Hitlerin yeni reyxskanselyariya binası idi və onun sonuncu qalıqlarıdır".

Arnold Holokost Muzeyi ilə əməkdaşlıq edərək bu yeri müharibənin sonuna həsr olunmuş ekspozisiyası olan muzey və memoriala çevirmək istəyir:

"Almaniyada həm kommunist, həm də nasist dövrünə aid çoxlu tarix məhv edilib. Biz bunu davam etdirə bilmərik", - D.Arnold deyir.

O hesab edir ki, hətta bunkeri tamamilə sökmədən onun üstündə tikinti aparmaq da mümkündür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 179   Tarix: 01 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Təzə lobya sirkəli suda saxlanılmalıdır?

Təzə lobya sirkəli suda qısa müddətli saxlanıla bilər və bu üsul adətən təmizlik məqsədi ilə seçilir. Sirkə lobyanın üzərindəki çirklərin, tozun və bəzi mikroorqanizmlərin azalmasına kömək edir. Lakin lobya suda çox uzun müddət qalarsa, onun toxuması yumşala və təbii strukturu pozula bilər. Buna gör

28 iyun
.

Saatda beş ölüm: ABŞ şəhərlərinin havası haqqında şok hesabat

ABŞ-də avtomobillərin toksik tullantıları hər saat orta hesabla beş insanın həyatına son qoyur. xəbər verir ki, bu barədə "The Guardian" nəşri "International Council on Clean Transportation" (ICCT) qeyri-kommersiya təşkilatının hesabatına istinad məlumat verib. Tədqiqatda hesablanı

30 iyun
.

Rusiyalı alimdən QORXUNC PROQNOZ: Asteroid Yerlə toqquşa bilər

Hazırda məlum olan bütün göy cisimləri arasında Yer üçün ən böyük potensial təhlükə mənbələrindən biri "2024 YR4" asteroididir. Mütəxəssislərin fikrincə, onun ölçüləri və hərəkət trayektoriyası elmi ictimaiyyətdə ciddi maraq və diqqət doğurur. xəbər verir ki, bu barədə TASS-a müsahibəsind

1 iyul
.

Günəşdə 2026-cı ilin ən böyük ləkələr qrupu qeydə alınıb

4478 saylı günəş ləkələri qrupu 2026-cı ilin digər qrupları arasında ən böyük ölçülərə çatıb. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu nəzdində fəaliyyət göstərən Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb. Alimlərin məlumatına görə, onun sahəsi təxminə

29 iyun
.

Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün

Bağçılıq üzrə mütəxəssis Rachel Baihn intensiv suvarma və gübrələmə tələb etməyən, az qulluqla bağlarınızı meyvə cənnətinə çevirəcək ağac növlərini açıqlayıb. Alça və şaftalı kiçik bağlar üçün praktiki həllər təqdim edərkən, gilas və armud ağacları uzun illər boyu xəstəliklərə qarşı dözümlülüyü ilə bo

28 iyun
.

Həkimlər səhər beyni oyatmağın sadə üsullarını açıqlayıblar

Günə enerjili başlamaq və yaddaşı gücləndirmək üçün beyni düzgün şəkildə "oyatmaq" vacibdir. xəbər verir ki, Ufa Müharibə Veteranları Hospitalının həkimləri bunun üçün sadə, lakin faydalı üsullar tövsiyə ediblər. Mütəxəssislərin sözlərinə görə, oyandıqdan sonra ilk olaraq həyatda baş vermi

30 iyun
.

Nəhəng çəyirtkəyə ət yedirdi - VİDEO

Türkiyənin Elazığ vilayətinin Baskil rayonunda bir sakin yolda rast gəldiyi nəhəng çəyirtkəni evinə apararaq ona ət verib. Çəyirtkənin əti iştahla yediyi anlar mobil telefon kamerası ilə lentə alınıb. xarici mediaya istinadla xəbər verir ki, Pınarlı kəndində qeydə alınan hadisədə sakin, bölgədə "ətyeyə

30 iyun
.

Almaniyadan gələn gənc qadının festival paylaşımı müzakirə yaratdı: "DJ var, amma heç kim rəqs etmir" - VİDEO

Almaniyadan Türkiyənin Samsun şəhərində keçirilən festivala qatılan gənc qadının sosial şəbəkədə paylaşdığı video geniş müzakirələrə səbəb olub. O, festival iştirakçılarının əylənmədiyini iddia edib. xarici mediaya istinadla xəbər verir ki, festival ərazisində çəkdiyi görüntüləri paylaşan gənc qadı

1 iyul
.

Hər gün yumurta yeməyin təhlükələri barədə XƏBƏRDARLIQ

Həkimlər yumurtanın çox sağlam olduğunu deyirlər, amma bu, yalnız həddindən artıq yeməmək şərtilədir. Yumurta bir çox insanın rasionunun vacib bir hissəsidir və həddindən artıq istehlak edildikdə həm faydaları, həm də potensial riskləri təklif edir. -ın xarici mətbuata istinadən məlumatına görə, yumurtanı

28 iyun