Qara çayı niyə çox içməlisiniz? - SƏBƏB
Araşdırmalar göstərir ki, qara çayın müntəzəm istehlakı orqanizmin bir neçə vacib sisteminə müsbət təsir göstərə bilər. Mütəxəssislərin fikrincə, bu içki ağız boşluğunun sağlamlığını qorumağa, ürək-damar sistemini dəstəkləməyə və hüceyrələri zədələnmədən qorumağa kömək edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, qara çayın tərkibində güclü antioksidant hesab olunan çoxlu miqdarda polifenollar var. Bu maddələr oksidləşdirici stresslə mübarizə aparır və sərbəst radikalların orqanizmə vurduğu zərəri azaltmağa kömək edir. Araşdırmalardan birində müəyyən edilib ki, qara çay diş ərpinin əmələ gəlməsini azalda və kariyesin yaranmasına səbəb olan bakteriyaların çoxalmasını ləngidə bilər.
Mütəxəssislər hesab edirlər ki, çayın tərkibindəki polifenollar bəzi zərərli mikroorqanizmlərin inkişafı üçün əlverişsiz mühit yaradır. Qara çayın ürək-damar sağlamlığına da müsbət təsiri qeyd olunur. Tədqiqatların nəticələrinə əsasən, gündə ən azı üç fincan qara çay içən insanlarda insult riski daha aşağı olur.
Alimlər bunu çayın tərkibindəki bioloji aktiv maddələrin yüksək miqdarı ilə əlaqələndirirlər. Bundan əlavə, qara çayın tərkibindəki antioksidantlar toksik maddələr, spirtli içkilər və siqaret tüstüsünün təsiri nəticəsində DNT-də yaranan zədələnmələrə qarşı hüceyrələri müəyyən dərəcədə qoruya bilər. Oxşar faydalı birləşmələr meyvə və tərəvəzlərdə də geniş yayılıb.
Tədqiqatçılar həmçinin qara çayın müntəzəm istehlakı ilə bəzi xərçəng növlərinin yaranma riskinin azalması arasında mümkün əlaqəni araşdırırlar. Onların sözlərinə görə, polifenollar və katexinlər bəzi onkoloji xəstəliklərin profilaktikasında rol oynaya biləcək maddələr kimi öyrənilməyə davam edir.
Bununla yanaşı, həkimlər vurğulayırlar ki, qara çay dərman vasitəsi deyil və heç bir halda müalicəni və ya sağlam həyat tərzini əvəz etmir. Lakin əks göstəriş olmadıqda, onun normada istehlakı balanslaşdırılmış qidalanmanın faydalı hissəsi ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 974 Tarix: 02 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
14 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı
İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar
6 sentyabr 2021Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı
"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"
10 sentyabr 2021"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"
8 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Sinqapurda ilk robokop xidmətə başlayıb
Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima
6 sentyabr 2021