Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar

Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar"Çimərlik mövsümündə günvurmadan və günəşin zərərli təsirlərindən qorunmaq üçün insanlar günəş şüalarının daha zəif olduğu saatlarda dənizə getməlidirlər".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev səsləndirib.

Onun sözlərinə görə, dənizə getmək üçün ən təhlükəsiz vaxt səhər saat 08:00-11:00 və axşam 16:00-19:00 aralığı hesab olunur. Xüsusilə saat 11:00-16:00 arasında ultrabənövşəyi (UV) şüalarının intensivliyi ən yüksək səviyyədə olur. Bu saatlarda uzun müddət birbaşa günəş altında qalmaq günvurma, günəş yanığı və uzunmüddətli dəri zədələnmələri riskini əhəmiyyətli dərəcədə artırır:

"Çimərlikdə olarkən kölgədə istirahət etmək, kifayət qədər maye qəbul etmək, açıq rəngli, yüngül və nəfəsalan geyimlər seçmək, enli kənarlı papaq və UV qoruyuculu gün eynəyindən istifadə etmək vacibdir. Həmçinin, SPF 30 və ya daha yüksək qoruma dərəcəsinə malik günəşdən qoruyucu krem çimərliyə çıxmazdan təxminən 20-30 dəqiqə əvvəl dəriyə çəkilməli, hər iki saatdan bir, eləcə də üzgüçülükdən sonra yenidən tətbiq edilməlidir".

Z.Quliyev vurğulayıb ki, uşaqlar, yaşlılar, hamilə qadınlar və ürək-damar xəstəlikləri olan şəxslər günün ən isti saatlarında birbaşa günəş altında qalmaqdan maksimum dərəcədə çəkinməlidirlər.

"Bu sadə qaydalara əməl olunması günvurma riskini əhəmiyyətli dərəcədə azaldır və yay mövsümünün daha təhlükəsiz keçirilməsinə kömək edir", - deyə mütəxəssis əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 140   Tarix: 04 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Supermarket almaları təhlükəlidirmi?

Supermarketdən alınan almalar sağlam qida hesab olunsa da, onların satışdan əvvəl keçdiyi emal prosesi bəzi suallar yaradır. Avstraliyalı qastroenteroloq Pol Frums mağazalarda satılan almaları niyə yemədiyini və bunun səbəblərini izah edib. xarici mediaya istinadən xəbər verir ki, alma təbii olaraq nazi

3 iyul
.

Evinizdə bu 5 əşya varsa, kasıb olacaqsınız

Müxtəlif xalqların mədəniyyətində maddi rifahla bağlı çoxsaylı inanclar və əlamətlər mövcuddur. Onların bir çoxunun praktik izahı da var. xarici mediaya istinadən bildirir ki, mütəxəssislərin fikrincə, həddindən artıq əşya ilə dolu məkan insanda xaos hissi yaradır, köhnə və istifadəsiz əşyalar isə keçmiş

5 iyul
.

40 il təkcə kartof yeyən qadın hipnozla düzəldi

Onun əsas menyusu kartoflu piroq, pure və çips olub. O, selektiv məhdudlaşdırıcı qidalanma pozğunluğundan əziyyət çəkirdi. Bu pozğunluq zamanı insan başqa qidaları yeyə bilmir, ürəyi bulanır, qaytarır. Ölkə.az xəbər verir ki, artıq belə yaşaya bilməyəcəyini anlayan Reyçel hipnoterapevtə müraciət etd

3 iyul
.

Qorxulu yuxular görməyin səbəbləri

Qorxulu yuxular insan beyninin stresslə mübarizə mexanizminin bir hissəsi ola bilər. -a istinadən bildirir ki, bu barədə nevroloq, psixoterapevt, somnoloq Yelena Korabelnikova açıqlama verib. Mütəxəssisin sözlərinə görə, gecə kabusları güclü emosional gərginlik, stress və ya həddindən artıq yorğunluğ

4 iyul
.

Kəskin istilər olsa da, Avropada kondisioner niyə azdır?

Avropada şiddətli isti hava dalğaları davam etməsinə baxmayaraq, qitə üzrə evlərin yalnız 20 faizində kondisioner var. xəbər verir ki, ABŞ-də evlərin təxminən 90 faizində kondisioner olduğu halda, Avropada bu rəqəmin aşağı olmasının səbəbləri aşağıdakılardır:. Tarixi ehtiyacın olmaması: Avropanın bi

4 iyul
.

Toyda kövrək anlar: Gəlinlə atasının rəqsi müzakirə yaratdı - VİDEO

Toy mərasimində qeydə alınan emosional görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, gəlinlə atasının rəqsi zamanı yaşanan səmimi və duyğusal anlar qonaqlar tərəfindən lentə alınıb. Kadrlarda ata qızını körpə uşaq kimi qucağına alaraq rəqs edir, daha sonra isə onu bağrın

4 iyul
.

20 milyonluq toy üçün 26 milyonluq xeyriyyə əməli!

Dünya şöhrətli müğənni Teylor Svift və amerikalı futbolçu Travis Kelsenin bu gün nikah masasına əyləşəcəyi bildirilir. xəbər verir ki, 2025-ci ilin ortalarında nişanlanan cütlüyün toy mərasiminin Madison Square Gardenda keçiriləcəyi və təxminən 100 qonağın iştirak edəcəyi iddia olunur. Toya Selena Qomez

3 iyul
.

Rusiyalı psixoloqdan qəhvə asılılığı ilə bağlı xəbərdarlıq

Bir çox qəhvəsevər günboyu enerji səviyyələrini qorumaq üçün daim kofeindən asılı qalırlar. xəbər verir ki, bu barədə rusiyalı psixoloq Mariya Ros "20minutos" nəşrinə müsahibəsində danışıb. O bildirib ki, bunun əsas səbəbi insanların günü yanlış vərdişlərlə başlamalarıdır. Psixoloqun fikrincə

2 iyul
.

Ronaldonun nişanlısı öz biznesini qurdu

Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes öz geyim brendini yaradıb. -ın xarici mediaya istinadən məlumatına görə, onun son sosial media paylaşımlarına və xüsusi "Instagram" hesabına əsasən, o, birinci sinif uçuşlar üçün sadə idman geyimləri istehsal etməyi planlaşdırır. Kolleksiyay

2 iyul