Ağır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub
Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb.
Sonxeber.az xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan tır ilə minik avtomobili hələlik naməlum səbəbdən toqquşub. Güclü zərbə nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb və hadisə barədə 112 Təcili Yardım Xidmətinə məlumat verilib.
Hadisə yerinə jandarma, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin avtomobildə apardığı ilkin baxış zamanı 16 yaşlı Duyğu Ecrin Koşkan, 54 yaşlı Ayşe Koşkan və 55 yaşlı Mustafa Koşkanın hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Qəzadan yaralı xilas edilən bir nəfər isə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb və müalicəsi davam etdirilir.
Həlak olanların meyitləri prokuror və hadisə yeri istintaq qrupunun araşdırmalarından sonra məhkəmə-tibbi ekspertizası üçün morqa aparılıb.
Faktla bağlı jandarma əməkdaşları qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 712 Tarix: 06 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi
16 sentyabrYolda cərimə alan sürücünün polisə verdiyi cavab şok etdi
Türkiyənin Adana şəhərində işıqfor olmayan piyada keçidlərində piyadalara yol verməyən sürücülər dron vasitəsilə müəyyən edilib. Keçirilən reyd zamanı 64 sürücüyə ümumilikdə 362 min 368 lirə cərimə tətbiq olunub. xarici mediaya istinadla xəbər verir ki, təxminən 2 saat davam edən yoxlama zamanı müxtəli
8 sentyabrDƏHŞƏTLİ FACİƏ: 2 qardaş eyni vaxtda öldü - FOTO
Türkiyənin Qaziantep vilayətinin Karkamış rayonunda baş verən motosiklet qəzası iki qardaşın həyatına son qoyub. bildirir ki, hadisə Karkamış rayonunun Keleklioğlu məhəlləsində baş verib. Məlumata görə, hərəkətdə olan motosiklet idarəetmədən çıxaraq aşıb və qəbiristanlığın divarına çırpılıb. Qəza nəticəsind
6 sentyabrMəsciddə ianə qalmaqalı: İmam azançını döydü - VİDEO
İstanbulun Küçükçekmece rayonunda yerləşən Hz. Əbubəkr məscidində cümə namazları zamanı toplanan yardımların qaydalara uyğun qeydə alınmadığını iddia edərək şikayət edən azançı döyülüb. Hadisənin ardından imamın yaxınlarının müezzinin evinə gedərək ailəsini təhqir etdiyi görüntülər də ortaya çıxıb. xaric
9 sentyabrXırdalanda evdə qumbara partlayıb - 19 yaşlı qız həlak olub
Şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə "Qafqazinfo"ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. "Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasını
15 sentyabrQəzadan sonra sürücü qaçdı, sərnişin isə onu tanımadığını dedi - VİDEO
Türkiyənin Eskişehir şəhərində avtomobillə yüngül kommersiya avtomobilinin toqquşduğu qəza təhlükəsizlik kamerasına düşüb. Qəzadan sonra kommersiya avtomobilinin sürücüsü hadisə yerindən qaçıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin işlək ərazilərindən birindəki yolayrıcında baş verib
10 sentyabr