İlham Əliyev İordaniya baş nazirinin müavinini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 8-də İordaniya Haşimilər Krallığının baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını və İordaniyaya dəvətini dövlətimizin başçısına çatdırıb, İordaniya Kralının Azərbaycan Prezidenti ilə şəxsi münasibətlərə çox böyük dəyər verdiyini qeyd edib.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.
Azərbaycan Prezidenti də öz növbəsində İordaniya Kralını ölkəmizə səfərə dəvət edib.
Dövlətimizin başçısı ölkəmizdə, İordaniyada və beynəlxalq tədbirlər çərçivəsində Kral II Abdullah ibn Al Hüseyn ilə görüşlərini məmnunluqla xatırlayıb.
Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb, əlaqələrimizin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı qeyd edilib.
Siyasi, iqtisadi, energetika, bağlantılar, investisiyalar, humanitar və digər sahələrdə tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, regional məsələlər, gələcək təmaslar, hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsi və parlamentlərarası əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Turizm sahəsində əməkdaşlığa toxunularaq, bu xüsusda Azərbaycanla İordaniya arasında birbaşa müntəzəm aviareyslərin açılması məsələsi müzakirə olunub.






Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 363 Tarix: 08 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürk dünyası ilə İslam aləmi arasında mənəvi körpü
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiy
16 sentyabr20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrPrezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"
"Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə bir edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır". AZƏRTAC-a istinadə
15 sentyabrÖlkəmizin sülh və həmrəylik çağırışı
Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql
16 sentyabrTürk dünyası və İslam həmrəyliyi güclənməkdədir
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə
16 sentyabr