Dondurucudakı buz kublarının dadı niyə qəribə olur: bunu necə düzəltmək olar?

Dondurucudakı buz kublarının dadı niyə qəribə olur: bunu necə düzəltmək olar?Soyuq içkilərə əlavə edilən şəffaf və təmiz buz kubları içkinin dadını daha xoş edir. Ancaq bəzən evdə hazırlanan buzun qəribə qoxu və ya dad verməsi bütün zövqü korlayır. Mütəxəssislərin fikrincə, bunun səbəbi əksər hallarda buz hazırlayan sistem deyil, dondurucudakı şərait və qulluq qaydalarıdır.

Lent.az xəbər verir ki, uzun xoşagəlməz dad almasının ən geniş yayılmış səbəbi dondurucuda saxlanılan kəskin qoxulu qidalardır. Dəniz məhsulları, sarımsaqlı souslar, ədviyyatlı yeməklər və digər qidalar düzgün bağlanmadıqda onların qoxusu buz tərəfindən asanlıqla sorulur.

Buz məsaməli quruluşa malik olduğundan ətraf mühitdəki qoxuları özünə çəkir. Buna görə də zahirən təmiz görünən buz kubları belə "köhnə dondurucu" dadı verə bilər. Bu problemin qarşısını almaq üçün köhnə buzları atmaq, qidaları isə hava keçirməyən qab və ya paketlərdə saxlamaq tövsiyə edilir.

Su filtrini yoxlamaq lazımdır

Əgər soyuducunuz su filtri ilə işləyən buz hazırlama sisteminə malikdirsə, filtrin vaxtında dəyişdirilməməsi də buzun dadına təsir edə bilər. İstifadə müddəti bitmiş filtr çöküntüləri, mineralları və digər qarışıqları əvvəlki kimi süzə bilmir. Nəticədə həmin maddələr buzun dadında hiss olunur. Yeni filtr quraşdırıldıqdan sonra ilk hazırlanan bir neçə partiya buzun istifadə edilmədən atılması məsləhətdir ki, sistem tam təmizlənsin.

Dondurucudakı nasazlıqlar da səbəb ola bilər

Bəzən buzun qəribə dad verməsi dondurucuda yaranan texniki problemlərin əlaməti olur. Qapının rezin izolyasiyası köhnəlibsə və ya zədələnibsə, içəri isti hava daxil olur. Bu isə buzlanmanın artmasına, xoşagəlməz qoxuların yaranmasına və temperaturun sabit qalmamasına səbəb olur.

Temperaturun tez-tez dəyişməsi buzun keyfiyyətini və dadını da pisləşdirə bilər. Buna görə qapının rezin hissəsini mütəmadi yoxlamaq və dondurucunun tam bağlandığına əmin olmaq vacibdir.

Dondurucunun təmizliyi böyük rol oynayır

Dondurucu da digər məişət texnikaları kimi mütəmadi təmizlənməlidir. Vaxt keçdikcə qida qalıqları, buz qırıntıları, toz və mineral çöküntülər həm qoxuya, həm də buzun keyfiyyətinə mənfi təsir göstərir. Əgər buz hazırlayan sistem uzun müddət istifadə olunmursa, içəridə qalan su durğunlaşa və buzun kif iyi verməsinə səbəb ola bilər.

Problemi necə aradan qaldırmaq olar?

Mütəxəssislər aşağıdakı tədbirləri görməyi tövsiyə edirlər:

Köhnə buz kublarını tamamilə atın.

Dondurucunu mütəmadi təmizləyin.

Kəskin qoxulu qidaları hermetik qablarda saxlayın.

Su filtrini istehsalçının tövsiyə etdiyi müddətdə dəyişin.

Dondurucunun qapı rezinini və temperaturunu yoxlayın.

Buzun qəribə dad almasının səbəbi əksər hallarda dondurucudakı qoxular, köhnəlmiş su filtri, temperatur problemləri və ya kifayət qədər təmizlənməyən buz hazırlama sistemidir. Dondurucuya düzgün qulluq etməklə və köhnə buzları vaxtında yeniləməklə içkilərinizin dadını əvvəlki təravətinə qaytara bilərsiniz.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 457   Tarix: 12 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr