Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı
Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlayan şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.
Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs 2026-cı ilin iyun ayında axşam saatlarında Maştağa qəsəbəsində yerləşən fərdi yaşayış evinə hamam otağının kiçik nəfəsliyinin pəncərəsini sındıraraq qanunsuz daxil olub. O, evdən ümumi dəyəri 19 min 590 manat olan müxtəlif qızıl-zinət əşyalarını gizli şəkildə talayaraq hadisə yerindən uzaqlaşıb.
Oğurlanan əşyalar arasında müxtəlif çəkidə boyunbağılar, bilərziklər və bir neçə qızıl üzük olub. Nəticədə zərərçəkmişə xeyli miqdarda maddi ziyan dəyib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deyərək oğurladığı qızılları Bakının Əcəmi və Nərimanov ərazilərində yerləşən üç müxtəlif yerdə ümumilikdə 7 min 300 manata satdığını etiraf edib. O, saxlanıldıqdan sonra zərərçəkmişə 2 min 500 manat ödənildiyini, sonradan əlavə 11 min manatın da ödənilməsinin təklif olunduğunu, lakin zərərçəkmişin bunu qəbul etmədiyini bildirib.
Zərərçəkmiş isə ifadəsində hadisə zamanı ailəsi ilə birlikdə rayonda olduğunu, evə qayıtdıqda hamam otağının nəfəsliyinin sındırıldığını, otaqların dağıdıldığını və qızıl-zinət əşyalarının oğurlandığını gördüyünü deyib. O, təqsirləndirilən şəxsin yaxın qohumu olduğunu vurğulayaraq, buna baxmayaraq onu bağışlamadığını və cəzalandırılmasını istədiyini bildirib.
Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə təqsirli bilərək ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 496 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetdə təmir işləri görərkən qəfil öldü
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə
18 avqust21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbçi saxlanıldı-Yenilənib
Ağstafa sakini ürəyindən bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməs
14 iyulGədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Gədəbəy rayonunda 1992-ci ildə törədilən qətlin üstü açılıb. "Qafqazinfo" xəbər verir ki, rayonun Çayrəsullu kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirməkdə şübhəli bilinən onun oğlu, 59 yaşlı Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma davam etdirili
31 avqustVüsalın qətlini sifariş verənin məhkəməsi başlayır - 13 il sonra...
2013-cü ildə Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verən Xəyal Əli-Zadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə ibtidai istintaqı
1 sentyabrBiləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Biləsuvarda əmi ilə qardaşı oğlu arasında baş verən dava məhkəməyə qədər uzanıb. Qaynarinfo xəbər verir ki, məhkəmə materiallarına görə, hadisə Biləsuvar şəhərində yerləşən mərkəzi bazarın qarşısında baş verib. İttihama əsasən, əmi qardaşı oğlunu nalayiq ifadələrlə təhqir etdikdən sonra üz nahiyəsin
7 iyulFatiməni öldürən qohumu Batumi aeroportunda saxlanıldı (VİDEO)
Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb. APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbayca
11 iyulBacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi
Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib. Məlum olub ki, F.Poladov bacıs
7 sentyabrDTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan sabiq icra başçısı İslam Rzayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Oxu Az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb. İsla
31 avqust