Qabları paltaryuyan tozla yumaq olar?
Qab yuyan maye bitəndə bəzi insanlar müvəqqəti çıxış yolu kimi paltaryuyucu tozu və ya yuyucu geli istifadə etməyi düşünür. İlk baxışdan hər iki məhsulun təmizləyici xüsusiyyətə malik olması bunu məntiqli göstərsə də, mütəxəssislər bunun sağlamlıq üçün risk yarada biləcəyini bildirirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə mütəxəssislər xəbərdarlıq edib.
Paltaryuyan tozu və yuyucu gellər paltarların yuyulması üçün hazırlanıb. Onların tərkibində ləkələri çıxaran aktiv maddələr, fermentlər, ətirləndiricilər və digər kimyəvi komponentlər olur. Bu maddələr qab-qacaq üzərində istifadə üçün nəzərdə tutulmayıb.
Mütəxəssislərin sözlərinə görə, qablar yuyulduqdan sonra dəfələrlə su ilə yaxalansa belə, yuyucu vasitənin qalıqları tam təmizlənməyə bilər. Bu hissəciklər daha sonra qida ilə birlikdə insan orqanizminə düşə bilər.
Bunun hansı fəsadları ola bilər?
Həkimlər bildirirlər ki, paltaryuyan tozundan bir dəfə istifadə ciddi problem yaratmaya bilər. Ancaq bunu vərdiş halına gətirmək tövsiyə edilmir.
Belə vasitələrin qalıqlarıağız və həzm sistemi selikli qişasını qıcıqlandıra, həssas insanlarda allergik reaksiyalara səbəb ola bilər. Həmçinin qida ilə birlikdə orqanizmə daxil ola, qabların üzərində gözlə görünməyən kimyəvi qat yarada bilər.
Bu səbəbdən istehsalçılar da paltaryuyan vasitələri qab-qacaq üçün təhlükəsiz məhsul kimi sınaqdan keçirmirlər.
Qab yuyan maye yoxdursa, nə etmək olar?
Mütəxəssislər belə vəziyyətdə daha təhlükəsiz üsullardan istifadə etməyi məsləhət görürlər.
Əgər qab yuyan maye qabının dibində az miqdarda qalıbsa, üzərinə bir qədər su əlavə etməklə ondan bir neçə dəfə də istifadə etmək mümkündür.
Yağlı qabları isə 15-20 dəqiqə isti suda islatdıqdan sonra süngər və ya fırça ilə təmizləmək daha asan olur.
Belə halların təkrarlanmaması üçün evdə ehtiyat qab yuyan maye saxlamaq da tövsiyə edilir.
Digər məişət kimyəvi vasitələrindən istifadə etmək olarmı?
Mütəxəssislər bildirirlər ki, döşəmə, hamam, sanitar qovşağı və ya digər səthlər üçün nəzərdə tutulan təmizləyici vasitələr də qab-qacağın yuyulması üçün uyğun deyil.
Onlar yağ və çirki yaxşı təmizləsələr də, tərkibləri qida ilə təmasda olan əşyalar üçün təhlükəsiz hesab edilmir.
Ekspertlərin fikrincə, ən doğru seçim xüsusi qab yuyan vasitələrdən istifadə etməkdir. Belə vasitə olmadıqda isə qabları isti suda isladıb mexaniki şəkildə təmizləmək daha təhlükəsiz hesab olunur.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 528 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrGecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac
12 sentyabrAyın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabrPlastik tullantılardan yol çəkildi- Asfalta nə əlavə edildi?
Çində plastik tullantıların təkrar istifadəsi ilə bağlı maraqlı layihə həyata keçirilib. Şanxayda 6 mindən çox istifadə olunmuş süd qabı və digər plastik tullantılar asfalt örtüyünün hazırlanmasında istifadə edilib. xarici mediaya istinadən xəbər verir ki, layihə 2021-ci ildə Şərqi Çin Elm və Texnologiy
15 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrDünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər
Atom saatlarının göstərdiyi vaxtla Yerin fırlanması arasındakı kiçik fərqlər illərdir "artıq saniyə" adlanan düzəlişlərlə aradan qaldırılır. Lakin planetin son illərdə gözlənilmədən sürətlənməsi bu dəfə saata bir saniyə əlavə etmək əvəzinə bir saniyənin çıxarılmasını tələb edə biləcək yen
11 sentyabr