Meyvələri acqarına yemək həmişə faydalıdırmı? - Diyetoloq xəbərdarlıq edir
Səhəri təzə meyvə və ya bir stəkan meyvə şirəsi ilə başlamaq sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunur. Lakin bir çox insan üçün belə səhər yeməyi enerji əvəzinə qarınağrısı, mədə yanması və köplə nəticələnir.
Oxu.Az xəbər verir ki, Gazeta.ru-ya danışan rusiyalı diyetoloq Darya Rusakovanın sözlərinə görə, bunun bir neçə səbəbi var.
Mütəxəssis qeyd edir ki, demək olar, bütün meyvələrin tərkibində üzvi turşular mövcuddur. Bu maddələr acqarına mədəyə düşdükdə onun selikli qişasını qıcıqlandıra bilər.
Digər mühüm amil fruktozadır. Onun həddindən artıq qəbulu nəticəsində fruktoza tam mənimsənilməyə və yoğun bağırsağa keçməyə bilər. Burada isə bakteriyalar üçün qida mənbəyinə çevrilərək qıcqırma prosesini sürətləndirir. Nəticədə köp, spazm və ishal yarana bilər.
Üçüncü amil isə kobud liflərdir. Xroniki qastrit və ya kolitdən əziyyət çəkən insanlarda bu liflər mədə divarını mexaniki şəkildə qıcıqlandıra bilər.
Qlükoza dözümlülüyü pozulmuş şəxslərdə şirin meyvələrin acqarına qəbulu qanda şəkərin səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olur. Ardınca insulin ifrazı artır və nəticədə qan şəkəri kəskin azalır. Bu isə qəfil yorğunluq, əsəbilik və yuxululuq hissi yarada bilər.
Mütəxəssisin sözlərinə görə, tam sağlam insanlarda meyvələrin acqarına qəbulu heç bir problem yaratmaya da bilər. Hər şey orqanizmin fərdi xüsusiyyətlərindən və xroniki xəstəliklərin olub-olmamasından asılıdır.
Diyetoloq meyvələrin günün birinci yarısında qəlyanaltı kimi və ya əsas yeməkdən təxminən iki saat sonra qəbul edilməsini tövsiyə edir. Şəkərli diabetdən əziyyət çəkən şəxslərə isə meyvələri ət, balıq və ya dəniz məhsulları kimi zülaltərkibli qidalarla birlikdə yemək məsləhət görülür. Bu, qlükozanın qana sorulmasını ləngidir.
Həmçinin yetişmiş və turşuluğu az olan meyvələrə üstünlük verilməsi tövsiyə olunur. Həssas həzm sistemi olan insanlar üçün meyvələrin bişirilmiş və ya sobada hazırlanmış formada istehlakı daha məqsədəuyğundur. Bu üsul turşuların miqdarını azaldır və lifləri daha yumşaq edir.
Acqarına meyvə yemək aşağıdakı hallarda tövsiyə edilmir:
- Qastrit və mədə xorasının kəskinləşməsi;
- Qıcıqlanmış bağırsaq sindromu;
- Fruktozanın ləng udulması;
- Şəkərli diabet.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 911 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr