Oturaq işdə artıq çəki almamaq üçün nə etmək lazımdır?
Bir çox insan güclü iş yükü olan dövrlərdə çəkinin artdığını müşahidə edir. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi stresin özü deyil, onun yaratdığı həyat tərzi dəyişiklikləridir.
Oxu.Az xəbər verir ki, bu barədə adaptiv bədən tərbiyəsi və idman üzrə mütəxəssis Olqa Derendeyeva-Kurtova Gazeta.ru-ya danışıb.
Bəzi insanlar yorğunluğu şirniyyat və fastfudla "kompensasiya edir", digərləri isə ağır iş günündən sonra nə qədər yemək yediklərinə nəzarəti itirirlər. Artıq iş saatlarından sonra idman, gəzinti və ya normal istirahət üçün nə enerji, nə də vaxt qalır. Nəticədə klassik bir vəziyyət yaranır: az hərəkət, keyfiyyətsiz yuxu və daha kalorili qidalanma - bu da çəkinin artmasına səbəb olur.
Onun sözlərinə görə, vaxt az olanda insanlar tam yeməkləri qəlyanaltılarla əvəz edirlər: səhər yeməyi əvəzinə qəhvə içirlər, ofisdə soyuducudan tez bir şey götürürlər, əsas yeməyi isə yalnız axşam qəbul edirlər.
Bundan əlavə, bir çox insanda "qida ilə mükafatlandırma" vərdişi formalaşır - ağır iş günündən sonra özünü dadlı yemək və ya bir qədəh spirtli içki ilə sevindirmək istəyi yaranır.
Mütəxəssis çəkini nəzarətdə saxlamaq üçün tövsiyələr verib: "Həftəlik qidalanma planını əvvəlcədən hazırlayın. Süni intellektdən istifadə edərək zülal, yağ və karbohidrat balansına uyğun menyu tərtib etmək mümkündür. Yeməkləri bir neçə günlük hazırlayıb porsiyalara bölün. Gün ərzində daha çox hərəkət edin: telefon danışığı zamanı gəzin, nahardan sonra 10 dəqiqə piyada gəzin, pilləkənlərdən istifadə edin, hər saat ayağa qalxın. Yuxu rejimini bərpa edin. Gecə kifayət qədər yatmaq mümkün deyilsə, evdən işləyənlər üçün 30-40 dəqiqəlik gündüz yuxusu faydalı ola bilər".
Olqa Derendeyeva-Kurtova vurğulayır ki, artıq çəki yaranıbsa, kəskin pəhrizə başlamaq məsləhət deyil. Uzunmüddətli stresdən sonra sərt məhdudiyyətlər daha çox pozuntulara səbəb olur. Daha effektiv yanaşma fiziki aktivliyi tədricən artırmaq, yuxunu normallaşdırmaq, sağlam qidalanmaya qayıtmaq və məşqlərə mərhələli şəkildə başlamaqdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 699 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr