Yerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülüb

Yerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülübCənub-Qərb Tədqiqat İnstitutunun alimləri hesab edirlər ki, erkən dövrdə Yerə düşən iri asteroidlər həyatın yaranması üçün ideal şərait formalaşdırmış ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, bu toqquşmalar Yer qabığını çatladaraq ilk üzvi molekulların əmələ gələ biləcəyi geniş hidrotermal sistemlər yaradıb.

Oxu.Az xəbər verir ki, tədqiqatın nəticələri "AGU Advances" jurnalında dərc olunub.

Hidrotermal sistemlər isti və minerallarla zəngin suyun dövr etdiyi çatlar şəbəkəsindən ibarətdir. Bir çox alim hesab edir ki, təxminən dörd milyard il əvvəl həyatın ilk formalarının yaranması üçün ən əlverişli mühit məhz bu cür sistemlər olub.

Tədqiqat müəllifləri yüksək sürətlə Yerə çırpılan asteroidlərin təsirlərini simulyasiya edən kompüter modelindən istifadə ediblər. Hesablamalara əsasən, bir iri asteroid zərbəsi Yellouston Milli Parkındakı qeyzerlər və isti bulaqlardan ibarət ən böyük quru hidrotermal sisteminin müasir aktivliyindən təxminən 100 dəfə güclü hidrotermal fəaliyyət yarada bilərdi.

Modelləşdirmə göstərib ki, təxminən 4.3 milyard il əvvəl Yer qabığının səkkiz kilometrlik üst hissəsi güclü şəkildə çatlayıb və suyun keçməsi üçün əlverişli vəziyyətdə olub. Bu şərait təxminən 3.5 milyard il əvvələ qədər davam edib ki, həmin dövr Yer üzündə həyatın ən qədim etibarlı izlərinin meydana çıxdığı dövr hesab olunur.

Tədqiqatçılar qeyd edirlər ki, asteroid toqquşmaları adətən dinozavrların məhvi kimi kütləvi yoxolmalarla əlaqələndirilir. Lakin Yer tarixinin erkən mərhələlərində bu kosmik zərbələr əksinə, həyatın yaranmasına gətirib çıxaran kimyəvi proseslərin baş verməsi üçün əlverişli mühit formalaşdırmış ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 209   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu əşyaları blokun qapısına qoymaq olmaz

Çoxmənzilli binaların giriş hissəsi və pilləkən meydançaları bəzi sakinlər tərəfindən əlavə saxlanc yeri kimi istifadə olunur. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ümumi istifadədə olan bu ərazilərdə bəzi əşyaların saxlanılması həm qanunvericiliyin, həm də yanğın təhlükəsizliyi qaydalarının pozulmas

12 iyul
.

Badımcanı yayda çox yeyin

Yay mövsümünün sevilən tərəvəzlərindən olan badımcan təkcə dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir. Mütəxəssislərin sözlərinə görə, bu tərəvəz düzgün şəkildə hazırlandıqda orqanizm üçün bir sıra üstünlüklər təmin edir. Badımcan liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırmağa kömək edir v

12 iyul
.

Quşun pəncərəyə çırpılması nə deməkdir? - Xalq inancları

Pəncərəyə qəfil çırpılan və ya döyən quş hər kəsin diqqətini çəkən hadisələrdən biridir. Qədim dövrlərdən bəri insanlar bunu xüsusi əlamət hesab edib və müxtəlif cür yozublar. Bəziləri bunun xoş xəbərlərin müjdəçisi olduğuna, digərləri isə həyatdakı dəyişikliklərdən xəbər verdiyinə inanıb. bu inacl

12 iyul
.

Sürücü cəriməni rəqs edərək "qeyd etdi" - VİDEO

Qazaxıstanda yol hərəkəti qaydalarını pozduğu üçün polis tərəfindən cərimələnən qadın sürücü qeyri-adi davranışı ilə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, inzibati cəriməni aldıqdan dərhal sonra TikTok-da canlı yayım açan qadın polis əməkdaşlarının yanında musiqi sədaları altında rəq

13 iyul
.

Qarpızın şirin olduğunu göstərən 5 ƏSAS ƏLAMƏT

Yay mövsümünün ən sevilən meyvələrindən biri olan qarpız həm sərinləşdirici, həm də vitaminlərlə zəngin olması ilə seçilir. Lakin bazarda və ya marketdə şirin və yetişmiş qarpız seçmək hər zaman asan olmur. Bir çox insan qarpızı döyərək səsinə görə seçim etsə də, mütəxəssislər bunun ən etibarlı üsu

11 iyul
.

Ev termometriniz niyə yanlış temperatur göstərir? -SƏBƏB

Bu günlərdə bir çox insan eyni sualı verir: niyə telefonda göstərilən temperatur, avtomobilin göstəricisi və evdəki termometr bir-birindən fərqlənir? Bu məsələyə aydınlıq gətirən meteoroloq bildirib ki, səbəb sinoptiklərin səhvi deyil, temperaturun ölçülmə üsullarındakı fərqlərdir. xarici mediaya istinadə

12 iyul
.

"Düyün-Dərnək 2" filminin çəkildiyi qayalıqdakı ev satılır - qiyməti inanılmazdır

Türkiyənin Ərzincan vilayətinin Kemaliye rayonunda qayalığın zirvəsində inşa edilən və qeyri-adi görünüşü ilə məşhurlaşan ev satışa çıxarılıb. Vaxtilə "Düyün Dərnək 2" filminin bəzi səhnələrinin çəkildiyi tikili üçün 30 milyon lirə qiymət müəyyən edilib. xarici mediaya istinadla xəbər veri

12 iyul
.

Kondisionerdən istifadə zamanı elektrik xərcini azaltmaq üçün TÖVSİYƏLƏR

Yay istisində kondisionerlərdən istifadə artır, lakin bununla yanaşı elektrik enerjisi xərcləri də yüksəlir. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər yüksək ödənişlərin səbəbinin hər zaman tariflər olmadığını deyirlər. Çox vaxt problem kondisionerdən düzgün istifadə edilməməsi ilə bağl

12 iyul
.

Gözlərimiz kütləvi şəkildə formasını dəyişir: həyəcan təbili

Yaxındangörmə (miopiya) dünyada sürətlə yayılan görmə problemlərindən birinə çevrilir. Alimlər hesab edirlər ki, mövcud tendensiya davam edərsə, yaxın onilliklərdə bu problem milyardlarla insanı əhatə edəcək. xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, miopiya zamanı gö

12 iyul