Cəmi 20 dəqiqə - Siqareti tərgitdikdən sonra orqanizmdə baş verənlər
Siqaret tüstüsünün ağciyərlərə vurduğu zərər çox vaxt illərlə hiss olunmur. Lakin bu müddət ərzində orqanizmdə geri qaytarılması mümkün olmayan dəyişikliklər baş verir.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, tibb mütəxəssisləri hazırladıqları kompüter simulyasiyası ilə siqaret çəkdikcə ağciyərlərdə yaranan gizli dağıntıları nümayiş etdiriblər.
Ağciyər toxuması bərpa olunmur
Simulyasiyada sağlam ağciyərlərin siqaret tüstüsünün təsiri altında necə dəyişdiyi əks olunub. Mütəxəssislərin sözlərinə görə, tütün tüstüsünün tərkibindəki zərərli maddələr qısa müddətdə ağciyərlərdə toplanmağa başlayır və toxumaların üzərində qara, yapışqan qat əmələ gətirir.
Tütün asılılığının müalicəsi üzrə mütəxəssis Maher Karam-Heyc bildirib ki, insanların düşündüyünün əksinə, ağciyərlərə ən böyük ziyanı nikotin deyil, siqaret tüstüsündə olan qətran vurur.
Onun sözlərinə görə, insan orqanizmində bir çox toxuma zamanla özünü bərpa edə bilir. Sınıq sümük sağalır, dəri yaraları bağlanır, hətta qaraciyər müəyyən hallarda yenilənə bilir. Ancaq məhv olmuş ağciyər toxuması bir daha bərpa olunmur.
Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər uzun müddət heç bir əlamət vermədiyi üçün siqaret çəkən insanlar təhlükəni hiss etmirlər. Xəstəlik özünü göstərdiyi vaxt isə artıq xroniki obstruktiv ağciyər xəstəliyi inkişaf etmiş olur və itirilmiş funksiyanı geri qaytarmaq mümkün olmur. Bəzi xəstələr ömürlərinin sonuna qədər oksigen aparatından istifadə etməyə məcbur qalırlar.
Siqareti tərgitdikdən sonra orqanizmdə nə baş verir?
Böyük Britaniyanın Bupa tibb təşkilatının məlumatına görə, siqaret çəkmək insanın ömrünü orta hesabla 10 il qısaldır. Həmçinin 40 yaşdan sonra siqaret çəkilən hər il ömürdən təxminən 3 ay aparır və infarkt riskini artırır.
Bununla yanaşı, mütəxəssislər bildirirlər ki, siqaretdən imtina etdikdən sonra orqanizmdə müsbət dəyişikliklər çox qısa müddətdə başlayır.
Son siqaretdən cəmi 20 dəqiqə sonra nəbz və arterial təzyiq normallaşmağa başlayır.
48 saat sonra qanda karbonmonoksidin səviyyəsi xeyli azalır, ağciyərlər selikdən təmizlənməyə başlayır. Bunun nəticəsində iybilmə və dadbilmə hissi də tədricən yaxşılaşır.
İki həftə sonra qan dövranı yaxşılaşır, nəfəs alma asanlaşır və ağciyərlərin fəaliyyəti nəzərəçarpacaq dərəcədə bərpa olunur.
Bir ildən sonra infarkt riski təxminən iki dəfə azalır. Siqaretdən imtinanın 10-cu ilində isə ağciyər xərçəngindən ölüm riski siqaret çəkməyə davam edən insanlarla müqayisədə təxminən 50 faiz aşağı olur.
Mütəxəssislər vurğulayırlar ki, siqaretin ağciyərlərə vurduğu zərərin bir hissəsi geri dönməz olsa da, bu vərdişdən nə qədər tez imtina edilərsə, gələcəkdə ağır xəstəliklərin yaranma riski də bir o qədər azalır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 702 Tarix: 13 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr