Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamət

Psixoloqlara görə bir kişinin sevgisinin azaldığını göstərən 4 əsas əlamətMünasibətlərdə sevginin azalması çox vaxt qəfil deyil, zamanla inkişaf edən bir prosesdir. Mütəxəssislərin fikrincə, davranışlardakı, ünsiyyət tərzindəki və emosional yaxınlıqdakı dəyişikliklər münasibətlərin gedişatı haqqında mühüm ipucları verə bilər.

Ölkə.az Milli.az-a istinadən xəbər verir ki, bir münasibətin sona çatması çox vaxt ani bir hadisə ilə baş vermir. Duyğular tədricən zəifləyir və bu dəyişiklik tərəfdaşların davranışlarına da əks olunur. Psixoterapevt Yuliya Hritsenko bir kişinin həyat yoldaşına olan sevgisinin azalmasını göstərən əlamətləri və belə bir münasibətin xilas edilmə ehtimalını dəyərləndirib.

Emosional uzaqlaşma ən aşkar siqnaldır

Mütəxəssislərin fikrincə, bir çox qadın tərəfdaşının sevgisinin bitdiyini göstərəcək tək bir cümlə və ya davranış axtarır. Lakin real həyatda bu proses çox vaxt yavaş irəliləyir. Bu səbəbdən gündəlik ünsiyyətdə baş verən kiçik dəyişiklikləri fərq etmək böyük əhəmiyyət daşıyır. Hritsenko qeyd edir ki, sevən bir insan əsəbiləşsə və ya incisə belə, münasibətə əmək sərf etməyə davam edir. Ona görə də əsas diqqət yetirilməsi lazım olan nöqtə mübahisələrin varlığı deyil, şəxsin münasibətə qarşı marağını və emosional investisiyasını itirməsidir.

Ortaq xəyallar və paylaşımlar azalır

Sevgini azalmasının ilk işarələrindən biri cütlüklərin özlərini artıq eyni komandanın üzvləri kimi hiss etməməsidir. Birlikdə gələcək planları qurmaq əvəzinə hər kəs öz həyatına köklənməyə başlayır. Əvvəllər həftəsonu planları və ya tətil proqramları birlikdə qurularkən, artıq tərəfdaş gələcəyini qarşı tərəfi nəzərə almadan şəkilləndirə bilir.

Birlikdə vaxt keçirməkdən qaçınır

Emosional məsafə artdıqca ortaq keçirilən zaman da azalır. Tərəfdaş işdə daha çox vaxt keçirməyi üstün tuta bilər, dostları ilə görüşməyi ön plana çıxarır və ya saatlarını telefon və kompüter arxasında keçirir. Bu vəziyyət birlikdə olma istəyinin getdikcə zəiflədiyinin mühüm göstəriciləri arasında yer alır.

Emosional dəstək yerini laqeydliyə buraxır

Münasibətdə sevginin azalması ilə birlikdə emosional paylaşım da zəifləyir. Yaşanan bir problem və ya gözəl bir inkişaf qarşısında verilən reaksiyalar qısa və səthi hala gəlir. Əvvəllər maraqla dinləyən tərəfdaş, artıq yalnız "Yaxşı", "Başa düşdüm" kimi qısa ifadələr istifadə edərək danışığı sonlandırmağı üstün tuta bilir.

Mütəxəssis qeyd edir ki, hər kəs zaman-zaman əsəbi və ya yorğun olanda qırıcı sözlər deyə bilər, ancaq bəzi ifadələrin davamlı təkrarlanması fərqli bir məna daşıyır. Xüsusilə, aşağıdakı cümlələrin sıx istifadə edilməsinin emosional uzaqlaşmaya işarə edə biləcəyini ifadə edir:

"Nə edirsən et, vecimə deyil."

"Heç nə eşitmək istəmirəm, məni rahat burax."

"Bunların hamısını sən uydurursan."

"Bu sənin problemindir."


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 544   Tarix: 13 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr