Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edibİyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin strateji səviyyəyə qalxmasının, regionlararası nəqliyyat-energetika yönümlü əməkdaşlığın və müdafiə sənayesi sahəsində yeni mexanizmlərin formalaşmasının işarəsidir. Bu səfər ölkələr arasında əlaqələrin ən yüksək diplomatik səviyyədə inkişaf etdiyini göstərir.
Slovakiya Azərbaycanın enerji resurslarına maraq göstərir və bu, Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Azərbaycan Avropaya qaz vermək potensialına malikdir və artıq 16 ölkəyə enerji ixrac edir. Bu, Avropa ölkələrinin enerji tələbatının diversifikasiyasına töhfə verir.
Slovakiya ilə müdafiə sahəsində dialoq artıq praktik mərhələyə keçməkdədir. Slovakiya tərəfi özünün müdafiə sənayesi üzrə yüksək texnologiyaları və istehsal imkanlarını, Azərbaycan isə maliyyə və bazar imkanlarını qeyd etdi. Hər iki prezident müdafiə sahəsində texnologiya ötürülməsi, birgə istehsal və üçüncü bazarlara birgə çıxış imkanlarını müzakirə etdiklərini vurğulayıblar. Slovakiya nümayəndələrinin Azərbaycanda keçirilən hərbi paradda iştirak etməsi isə iki ölkə arasında hərbi-siyasi etimadın əməli göstəricisidir.
Slovakiya Avropada yerləşən bir ölkə kimi Azərbaycanın Avropa strukturları ilə daha sıx əlaqələr qurmasına dəstək rolunu gücləndirə bilər. Bu baxımdan səfər siyasi əlaqələrin möhkəmlənməsi üçün də vacib addımdır.
Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında bildirib: "Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır". Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.
Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir.
Ölkə başçısı bundan sonra da bu münasibətlərin inkişaf edəcəyinə əmin olduğunu bildirib. Çünki biz konkret işlərin tərəfdarıyıq. "Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından çox məmnun olduğunu bildirib: "Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər".
Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.
Beləliklə, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri Azərbaycan üçün Avropa ilə əlaqələrin dərinləşdirilməsi baxımından önəmli addımdır.

Aysel Mənsimova - politoloq


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 370   Tarix: 14 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident açılışdan sonra sükan arxasına keçdi - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu gün paytaxtın Qaradağ rayonunda "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. "Qafqazinfo" AzTV-yə istinadən dövlət başçısının açılış mərasimindən maraqlı görüntülərini təqdim edir:

16 sentyabr
.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr
.

"Ramiz Mehdiyev işi"ndə yeni adlar: Şahid qismində kimlər dindirilib?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub. Gününsesi.info-ya istinadla xəbər verir ki, ötən gün Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barəd

15 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib"

"Ermənistanın arxasında duran böyük dövlətlər, o cümlədən və ilk növbədə, mənfur Minsk qrupunun həmsədr ölkələri bütün bu işləri ört-basdır etmək istəyirdi. Ermənistan işğal edilmiş torpaqlara heç bir xarici müşahidəçi buraxmırdı". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlha

15 sentyabr
.

"Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, o, bu barədə "X"

16 sentyabr
.

Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan öz təxribatlarından əl çəkmirdi. Ötən vaxtda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması, ərazilərimizin minalanmasını

16 sentyabr
.

Azərbaycan Prezidenti: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır"

"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı əlavə edib:

15 sentyabr