Dini dəyərlərə verilən qiymət

Dini dəyərlərə verilən qiymətİkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsrin görkəmli memarı Kərbəlayi Səfixan Qarabaği tərəfindən 1868-1870-ci illərdə inşa edilmiş Ağdam Cümə məscidinin bərpası xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev Fondunun dəstəyi ilə bərpasına başlanılan birinci obyekt Ağdam məscidi oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsində tarixi qələbə əldə edildikdən, Ermənistana kaputilyasiya aktı imzalayandan sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini də bir sıra hadisələrə şahidlik etmiş, elə bu səbəbdən "şəhid məscidi" kimi tanınmış Ağdam Cümə məscidindən başladı, Məkkədən gətirdiyi "Qurani-Kərim"i bu müqəddəs ocağa bağışladı. Şübhəsiz, bunu ölkə başçısının dini abidələrimizə verdiyi önəmin bariz nümunəsi kimi dəyərləndirmək olar. Bərpadan sonra, daha doğrusu, 2024-cü il aprelində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə bu məscidin açılışı keçirildi.
Hazırda Qarabağın mühüm simvollarından biri olan, bu məkanlara səfər edən insanlar üçün ibadət və ziyarət məkanı sayılan bu məscid şəhərin nadir memarlıq abidələrindən birinə çevrilib. Artıq neçə ildir ki, bu məsciddə azan səslənir, bayram namazları qılınır. Bu da xalqımızın öz tarixi və mənəvi irsinə sahib çıxmasının ifadəsidir. Dağıdılmış dini abidələrin yenidən həyata qaytarılması bir daha göstərir ki, tarixi yaddaşı məhv etmək mümkün deyil.
Yeri gəlmişkən qeyd edək ki, erməni vandalları Ağdamda bir dənə olsun salamat bina qoymamışdılar. Daha doğrusu, Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış, tanınmaz vəziyyətə salınmış, İslam xüsusiyyətlərini əks etdirən bütün detalları məhv edilmiş, Qarabağ ərazisində mərkəz rolunu oynamış məsciddən başqa bir dənə də bina ayaq üstə deyildi. Ermənilər bu ibadət ocağının minarəsindən ətraf ərazilərə nəzarət etmək üçün istifadə edib, məscidin özündə isə mal-qara və donuz saxlayıblar. Əslində bu, təkcə bizə, xalqımıza yox, bütün İslam dünyasına bir təhqir idi. Bununla onlar həm də müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.
Xatırladaq ki, işğal dövründə erməni vandalları tərəfindən 67 məsciddən 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. Dağıdılmış dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.
Prezidenti İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə bu tarixi məsciddən söz açıb. Bildirib ki, birinci bərpa işlərinin məsciddən başlanması xalqımızın milli-mənəvi dəyərlərimizə, dinimizə böyük sevgi və hörmətdən irəli gəlib. Bununla da xalqımızın dini dəyərlərə nə qədər qiymət verdiyini vurğulayıb. Prezident İlham Əliyevin fikrincə, suverenliyimizin, ərazi bütövlüyümüzün, xalqımızın bundan sonra azad, müstəqil xalq kimi yaşamasının bir zəmanəti var, o da bizim iradəmiz, qətiyyətimiz, hərbi gücümüz, xalqımızın bir yumruq kimi birləşməsi, imanımız və milli dəyərlərimizdir.
Yeri gəlmişkən qeyd edək ki, sentyabrın 16-da Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şuranın 7-ci görüşü çərçivəsində Ağdam Cümə məscidində İslam dünyasının mötəbər mütəfəkkiri, görkəmli azərbaycanlı alim, ilahiyyatçı filosof Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfrans keçiriblər.

Qvami Məhəbbətoğlu - araşdırmaçı-jurnalist


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 102   Tarix: 16 sentyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölkəmiz İslam irsinin qorunub saxlanmasına mühüm töhfələr verir

30 illik işğal dövründə Azərbaycan torpaqlarında törədilmiş misli görünməmiş talançılıq və barbarlıq, regionun həm maddi-mədəni irsinə, həm də ekologiyasına və infrastrukturuna qarşı yönəlmiş genişmiqyaslı bir vandalizm siyasətidir. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ild

16 sentyabr
.

Paytaxtımız bu dəfə TDT müsəlman din xadimlərini qəbul etdi

Paytaxt Bakımız son illərdə yalnız mühüm siyasi və iqtisadi tədbirlərin deyil, həm də Türk dünyasının, İslam aləminin və bütövlükdə müxtəlif sivilizasiyaların dialoqunun mühüm mərkəzlərindən birinə çevrilib. Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlər

16 sentyabr
.

Azərbaycanın sülh diplomatiyası və Türk dünyasının mənəvi birliyi

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən söylədiyi nitq Azərbaycanı

16 sentyabr
.

Türk Dövlətləri Təşkilatının nümayəndələrinin Bakı görüşü

15 sentyabr tarixində Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini Azərbaycan Respublikasının Prezident

16 sentyabr
.

Azərbaycan və İsveçrə investisiya əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Azərbaycan və İsveçrə arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. Müzakirələr nazirin İsveçrəyə işgüzar səfəri çərçivəsində İsveçrə Konfederasiyasını

15 sentyabr
.

Prezident: "Azərbaycan xalqı dünyada bir presedent yaratdı"

"Qarabağda və Şərqi Zəngəzurda yerləşən bütün şəhər və kəndlərimiz yerlə bir edilmişdir. Xalqımıza qarşı etnik təmizləmə aparılmışdır. Bir milyona yaxın azərbaycanlı Ermənistan dövlətinin etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından didərgin salınmışdır". AZƏRTAC-a istinadə

15 sentyabr
.

Bakı görüşü Türk dünyasında dini-mənəvi və mədəni əməkdaşlığın genişləndiyini göstərir

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini rəhbərlərinin VII görüşünün keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın dini-mənəvi və mədəni istiqamətdə tədricən institusional xarakter aldığını göstərir. TDT çərçivəsində artıq müsəlman dini idarələrinin rəhbərləri Şurasının fəaliyyə

16 sentyabr
.

Prezident: "Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz"

"Bizim birliyimiz hər birimizi gücləndirəcək. Çünki biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Amma Türk dünyası, Qafqaz, İsla

15 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr