"Adını unutdum, yerini tapmadım" - Yaddaşın bizə verdiyi ciddi siqnallar

"Adını unutdum, yerini tapmadım" - Yaddaşın bizə verdiyi ciddi siqnallar"Hərdənbir yaranan unutqanlıq hər zaman xəstəlik əlaməti sayılmır. Yaddaşa stres, düzgün olmayan yuxu rejimi, fiziki hərəkətsizlik, bəzi dərman preparatlarının qəbulu və vitamin çatışmazlığı da təsir edə bilər".

Oxu.Az xəbər verir ki, bu barədə nevroloq Yekaterina Demyanovskaya RT-yə açıqlamasında bildirib.

Mütəxəssis qeyd edib ki, yaddaşla bağlı çətinliklər insanın peşə fəaliyyətinə və gündəlik həyat tərzinə mənfi təsir göstərməyə başladıqda artıq narahat olmağa dəyər. Nevroloq təhlükəli siqnallar sırasına mütəmadi olaraq önəmli görüşlərin yaddan çıxmasını, yaxın keçmişdəki danışıqların unudulmasını, eyni sualların təkrar verilməsini, əşyaların tez-tez itirilməsini və ya bəsit tapşırıqların yerinə yetirilməsində yaranan çətinlikləri daxil edib.

Həkimin sözlərinə görə, yaddaşın zəifləməsini xəstənin özü çox vaxt hiss etmir. Dəyişikliklər tədricən inkişaf etdiyi və tənqidi yanaşmanın zəifləməsi fonunda baş verdiyi üçün bu problemi adətən ilk olaraq ailə üzvləri, dostlar və ya iş yoldaşları fərq edirlər.

Nevroloq məkan və zaman oriyentasiyasının itirilməsini də ciddi əlamətlərdən biri kimi qiymətləndirib. Belə vəziyyətdə xəstə tanış küçələrdə azır, həftənin günlərini və ya tarixləri unudur, həmçinin danışarkən lazımi sözləri tapmaqda çətinlik çəkir.

Mütəxəssisin fikrincə, yaddaş pozuntusu mütləq şəkildə ciddi bir nevroloji xəstəliyin göstəricisi deyil. Bənzər hallar depressiya, xroniki yuxusuzluq, B12 vitamini çatışmazlığı, təşviş pozuntuları, qalxanvari vəzi problemləri, o cümlədən kəllə-beyin travmaları və ya insult keçirdikdən sonra da müşahidə oluna bilər.

Qan təzyiqi yüksək olanlar, şəkərli diabet və xolesterin problemi olan pasiyentlər, yaşı 60-ı keçən şəxslər və ailəsində demensiya (ağıl zəifliyi) xəstəliyi olanlar yaddaşda baş verən dəyişikliklərə qarşı xüsusilə həssas yanaşmalıdırlar.

Yekaterina Demyanovskaya xəbərdarlıq edir ki, əgər unutqanlıq halları getdikcə şiddətlənirsə, aylarla davam edirsə və paralel olaraq fərqli nevroloji əlamətlərlə müşayiət olunursa, vaxt itirmədən həkim müayinəsindən keçmək mütləqdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 231   Tarix: 15 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

D vitamini almaq üçün nə qədər günəş altında qalmaq lazımdır?

Dermatoloqlar bildirirlər ki, təhlükəsiz qaralma anlayışı əslində mövcud deyil. Onların sözlərinə görə, dərinin qaralması ultrabənövşəyi (UV) şüalarının dəriyə zərər vurduğunu göstərən əsas əlamətlərdən biridir. Buna görə də D vitamini əldə etmək üçün saatlarla günəş altında qalmağa ehtiyac yoxdur. b

15 iyul
.

19 yaşlı gənc 112 milyonluq sərvətini ailəsinə deyil, uşaqlıq dostuna vəsiyyət etdi

Çinin Şanxay şəhərində yaşayan 19 yaşlı universitet tələbəsi təxminən 20 milyon yuan (112 milyon TL) dəyərində olan mənzilini və yığımlarını ailəsinə deyil, uşaqlıq dostuna vəsiyyət edib. bu barədə xarici mediaya istinadla xəbər verir. Gənc bildirib ki, valideynləri boşanıb yenidən ailə qurduqdan sonr

13 iyul
.

Alimlər yağış zamanı səma ilə Yer arasındakı elektrik yükünün dəyişməsinin səbəbini öyrəniblər

Yağış zamanı atmosferlə Yer səthi arasındakı elektrik sahəsi müvəqqəti olaraq istiqamətini dəyişə bilər. "Techno-Science" nəşrinə istinadən xəbər verir ki, bu nəticəyə atmosfer elektrikliliyi və yağıntı zamanı yüklü hissəciklərin davranışını araşdıran alimlər gəliblər. Normal şəraitdə atmosfe

13 iyul
.

Qara çayın inanılmaz faydaları - UZUNÖMÜRLÜ OLMAĞIN DƏRMANI

Qara çayın zərəri və faydası hər zaman geniş mübahisə doğruan mövzu olub. Bir çoxları qara çayın faydasından çox, ziyanının olduğunu iddia edir. Amma faydası ziyanından daha çoxdur. Ölkə.az xəbər verir ki, dietoloq Keytlin Bil qara çayı uzunömürlü olmağın əsas amilindən biri hesab edir. "Health"

15 iyul
.

İstinin uşaqlar üçün ən böyük təhlükəsi

Yay aylarında yüksək temperatur uşaqlar üçün ciddi sağlamlıq riski yaradır. Pediatr Darya Vlasenkonun sözlərinə görə, istilik vurması çox qısa müddətdə inkişaf edə və vaxtında müdaxilə edilməzsə, uşağın həyatı üçün təhlükə yarada bilər. Mütəxəssis bildirib ki, valideynlər isti havalarda uşaqların vəziyyətin

15 iyul
.

Yerdə həyatın yaranması ilə bağlı yeni fərziyyə irəli sürülüb

Cənub-Qərb Tədqiqat İnstitutunun alimləri hesab edirlər ki, erkən dövrdə Yerə düşən iri asteroidlər həyatın yaranması üçün ideal şərait formalaşdırmış ola bilər. Kompüter modelləşdirməsinin nəticələrinə görə, bu toqquşmalar Yer qabığını çatladaraq ilk üzvi molekulların əmələ gələ biləcəyi geniş hidroterma

13 iyul
.

Şakira Mbappenin atası ilə görüşdü: Ulduz Kiliana minnətdardır

Şakira uzun müddətdir dünya çempionatının əfsanəsi statusunu qazanıb - sənətçi turnirə bir neçə mahnı hədiyyə edib. Ulduz Şimali Amerikada mundial üçün bir himn də yazıb, artıq bir neçə oyunu azarkeş kimi izləyib. -ın xarici mediaya istinadən xəbərinə görə, kolumbiyalı Mərakeşlə oyunda Fransa millisin

13 iyul
.

Keçmiş futbolçu saxlanıldı

Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind

14 iyul
.

Bahalı dönər gündəm oldu: Nazirlik yoxlama apardı - VİDEO

İstanbulun tarixi Kapalıçarşısında çörəkarası dönərin 3 min TL-yə satılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra Türkiyənin Ticarət Nazirliyi müəssisədə yoxlama aparıb. xarici mediaya istinadla xəbər verir ki, İstanbul Ticarət İl Müdirliyi və Fatih Bələdiyyəsinin bələdiyyə nəzarətçilərini

14 iyul