Tənbəl insanlar daha güclü immunitetə sahibdirlər - Alimdən maraqlı açıqlama
Tənbəllik etmək immunitetin möhkəmlənməsinə müsbət təsir göstərə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin Kimya və Biotexnologiya kafedrasının baş elmi işçisi Valeri Litvinov TASS-a müsahibəsində bildirib.
Mütəxəssis qeyd edib ki, insan tənbəllik etdikdə orqanizmdə stres hormonu olan kortizolun səviyyəsi azalır. Kortizol orqanizmin vacib funksiyalarını, o cümlədən limfa düyünlərində immun hüceyrələrinin yetişməsi üçün zəruri olan genlərin aktivləşməsini məhdudlaşdırır.
Xroniki gərginlik zamanı insanlar viruslara qarşı daha həssas olur, yaralar daha gec sağalır, xəstəlikdən sonrakı bərpa prosesi isə uzun çəkir. Məlum olub ki, dərin istirahət vəziyyətində kortizolun səviyyəsi fizioloji normaya enir. Bu zaman "azad olmuş" immun sistemi daha əvvəl basqılanmış genləri aktivləşdirir və fəal şəkildə antikor istehsal edir.
"Bundan əlavə, kortizolun səviyyəsinin azalması immun hüceyrələrinin virus və bakteriyaları daha tez tanımasına və onlara qarşı effektiv mübarizə aparmasına imkan verir", - deyə Valeri Litvinov qeyd edib.
Ekspert əlavə edib ki, özlərinə istirahət və tənbəllik etməyə imkan verən insanlar daha az xəstələnir və xəstəliklərə daha tez qalib gəlirlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 522 Tarix: 15 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr