Peşəkar futbolçularda beyin həcminin azalması aşkarlandı
Peşəkar futbolda uzun illər çıxış etmək demensiyanın ilk əlamətləri yaranmazdan əvvəl belə beyin həcminin azalması ilə əlaqəli ola bilər. Bu nəticəyə London İmperial Kollecinin tədqiqatçıları gəliblər.
Ölkə.az xəbər verir ki, araşdırmanın nəticələri Londonda keçirilən Altsheymer Assosiasiyasının Beynəlxalq Konfransında (AAIC) təqdim olunub.
Alimlər yaşı 30-60 arasında olan 142 keçmiş peşəkar futbolçunun beyin vəziyyətini təmaslı idman növləri ilə məşğul olmayan və baş nahiyəsinə müntəzəm zərbələr almayan 56 nəfərlik nəzarət qrupu ilə müqayisə ediblər. Bütün iştirakçılar maqnit-rezonans tomoqrafiyasından (MRT), koqnitiv testlərdən və psixoloji müayinədən keçiblər.
Nəticələr göstərib ki, keçmiş futbolçularda yaddaş, diqqət, qərarvermə və emosiyaların tənzimlənməsinə cavabdeh olan bir neçə beyin nahiyəsində boz maddənin həcmi azalıb. Bununla belə, koqnitiv testlər hələlik düşünmə qabiliyyətində nəzərəçarpacaq zəifləmə aşkar etməyib. Lakin futbolçular narahatlıq və depressiya əlamətlərindən daha çox şikayət ediblər.
Araşdırmaya əsasən, keçmiş futbolçuların 31 faizində klinik cəhətdən ifadə olunmuş depressiya əlamətləri müəyyən edilib. Nəzarət qrupunda bu göstərici 9 faiz təşkil edib. Narahatlıq əlamətləri isə futbolçuların 42 faizində, təmaslı idman növləri ilə məşğul olmayan iştirakçıların isə 25 faizində müşahidə olunub.
Tədqiqatçılar bu dəyişiklikləri ilk növbədə oyun zamanı uzun illər ərzində təkrarlanan baş zərbələri ilə əlaqələndirirlər. Onların fikrincə, ayrı-ayrı zərbələr beyin silkələnməsi yaratmasa da, uzunmüddətli yığım effekti sinir toxumasına tədricən zərər verə bilər. Bu cür təkrarlanan travmalar boksçular və Amerika futbolu oyunçularında da rast gəlinən xroniki travmatik ensefalopatiyanın mümkün səbəblərindən biri hesab olunur.
Alimlər hələlik beyin həcminin azalmasının mütləq şəkildə "Altsheymer" xəstəliyinə və ya digər demensiya növlərinə səbəb olacağını iddia etmirlər. Bu suala cavab tapmaq üçün onlar tədqiqat iştirakçılarını növbəti bir neçə il ərzində müşahidə etməyə davam edəcəklər.
Müəlliflər ümid edirlər ki, əldə olunan nəticələr başla oyunun uzunmüddətli təsirlərini daha yaxşı anlamağa və gələcək nəsil peşəkar futbolçular üçün bu idman növünün daha təhlükəsiz olmasına xidmət edəcək.(qaynarinfo)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 349 Tarix: 15 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrQızıl almaq istəyənlərin diqqətinə
Nyu-York birjasında qızıl və gümüşün qiymətində azalma qeydə alınıb. xəbər verir ki, COMEX əmtəə birjasında qızılın fyuçerslərinin qiyməti 0,78 faiz geriləyərək 4 373 ABŞ dollarına düşüb. Gümüşün fyuçerslərinin unsiya üzrə qiyməti isə 1,28 faiz azalaraq 64,09 ABŞ dolları təşkil edib
12 sentyabrPsixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
Mətbəxlərin əvəzedilməzi olan soyuducu maqnitləri sadəcə sadə bir bəzək əşyası hesab olunurdu. Lakin psixoloqlar bu kiçik aksesuarların arxasındakı gizli mənanı üzə çıxardılar. Mütəxəssislərə görə, soyuducu qapısı ev sahibinin qorxularını, emosional ehtiyaclarını və insan münasibətlərini əks etdirə
13 sentyabrLG televizorları söndürüldükdən sonra da sizi dinləyə bilər - ŞOK ARAŞDIRMA
LG markalı bəzi ağıllı televizorların ekran söndürüldükdən və cihaz gözləmə rejiminə keçirildikdən sonra da istifadəçilər haqqında müəyyən məlumatları toplamağa davam etdiyi iddia olunur. Potensial olaraq problemin yüz milyonlarla cihazı əhatə edə biləcəyi bildirilir. xarici KİV-ə istinadən xəbər veri
11 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrHaradan haraya! Bu uşağı indi dünya tanıyır
Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu
11 sentyabrGecə oyanıb su içirsinizsə, səbəbi bu ola bilər
Gecə yuxudan oyanaraq su içmək bir çox insanın qarşılaşdığı haldır. Bəzən bu, sadəcə gün ərzində kifayət qədər maye qəbul edilməməsi ilə bağlı olur. Lakin gecələr davamlı susuzluq hissi bəzi sağlamlıq problemlərinin də əlaməti ola bilər. xəbər verir ki, gecə saatlarında tez-tez susamaq və su içmək ehtiyac
12 sentyabr