Bir şüşə suda gizlənənlər - şok kəşf

Bir şüşə suda gizlənənlər - şok kəşfAlimlər süni intellektdən istifadə edərək suyun molekulyar quruluşu ilə bağlı uzun illərdir müzakirə olunan nəzəriyyəni təsdiqləyən yeni sübutlar əldə ediblər. Tədqiqatın nəticələri gələcəkdə tibb və əczaçılıq sahəsində mühüm dəyişikliklərə yol aça bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, adi su əslində sıxlığı fərqli olan iki müxtəlif maye halının qarışığından ibarətdir. Bu iki vəziyyət fasiləsiz olaraq bir-birinə çevrilir və suyun qeyri-adi fiziki xüsusiyyətlərini izah edə bilər.

Alimlər uzun illərdir suyun digər mayelərdən fərqli davrandığını müşahidə edirdilər. Su donarkən genişlənir və buna görə buz suyun üzərində qalır. Bundan başqa, temperatur dəyişikliklərinə yüksək müqavimət göstərir və müəyyən təzyiq altında özlülüyü azalır. Mütəxəssislər hesab edirdilər ki, bütün bu xüsusiyyətlər yalnız suyun iki fərqli molekulyar vəziyyətə malik olması ilə izah oluna bilər.

Tədqiqatın həmmüəllifi, Honq Konq Şəhər Universitetinin fiziki kimya üzrə mütəxəssisi Syao Çen Tszen bildirib ki, bu sirrin uzun illər açılmamasının əsas səbəbi texniki imkanların kifayət etməməsi olub.

"Qarşımızda sadəcə bir şüşə su var, amma onun daxilində baş verən proseslər olduqca mürəkkəbdir. Bu mövzuda çoxlu elmi məqalələr vardı, lakin nəzəriyyəni təsdiqləyən birbaşa sübutlar yox idi", - deyə alim bildirib.

Araşdırmada dönüş nöqtəsi laboratoriyanın əməkdaşı Liven Linin süni intellektə əsaslanan yeni yanaşmanı təklif etməsi ilə baş verib. O, əvvəlcədən insan tərəfindən istiqamətləndirilmədən böyük həcmdə məlumatlar arasında qanunauyğunluqları aşkar edə bilən "nəzarətsiz dərin öyrənmə" metodundan istifadə edib.

Tədqiqatçılar kompüter modelləşdirilməsi vasitəsilə yüz minlərlə su molekulunun hərəkətini və qarşılıqlı təsirini izləyərək on milyonlarla məlumat nöqtəsi əldə ediblər.

Professorun sözlərinə görə, süni intellekt əldə etdiyi biliklərdən istifadə edərək yeni əlaqələri müstəqil şəkildə aşkar edib. Onun bildirdiyinə görə, bu təhlilin ənənəvi üsullarla aparılması üçün çoxsaylı tədqiqatçıların illərlə işləməsi lazım gələrdi. Süni intellekt sayəsində isə eyni nəticə təxminən ilyarım ərzində əldə olunub. Əks halda, bu araşdırma təxminən 10 il vaxt apara bilərdi.

Tədqiqat zamanı hazırlanan alqoritm su molekullarının lokal düzülüşünün necə sıx strukturlu vəziyyətdən daha boş quruluşa və əksinə keçdiyini dəqiq şəkildə göstərib. Alimlər müəyyən ediblər ki, bu keçidlər birbaşa xarici mühitin şəraitindən asılı olaraq baş verir.

Mütəxəssislər hesab edirlər ki, bu kəşf suyun xüsusiyyətlərinin daha dərindən anlaşılmasına, yeni dərmanların hazırlanmasına və müxtəlif tibbi texnologiyaların inkişafına mühüm töhfə verə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 650   Tarix: 16 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Kotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu

Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu

Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi

14 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü

"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy

10 noyabr