Yayda bunu heç vaxt etməyin - istidə ətrin əsas təhlükəsi
Yay mövsümündə istifadə etdiyimiz sevimli ətirlər təkcə xoş qoxu mənbəyi deyil, eyni zamanda düzgün tətbiq edilmədikdə dəri üçün ciddi problem yarada bilər. Mütəxəssislər bildirirlər ki, isti havalarda ətirdən yanlış istifadə həm piqment ləkələrinin yaranmasına, həm də ətrafdakı insanlar üçün narahatlıq yaradan ağır qoxuya səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, ən böyük səhv ətiri birbaşa günəşə məruz qalan dəriyə vurmaqdır.
Xüsusilə boyun, körpücük sümüyü və biləklərə ətir çəkib dərhal çölə çıxmaq yay aylarında tövsiyə edilmir. Mütəxəssislərin sözlərinə görə, əksər ətirlərin tərkibində spirt və efir yağları olur. Güclü ultrabənövşəyi şüaların təsiri altında bu maddələr dəridə fototoksik reaksiyaya səbəb ola bilər. Nəticədə mikroskopik kimyəvi yanıqlar və uzun müddət qalıcı olan piqment ləkələri yarana bilər. Bu vəziyyət "parfüm dermatiti" kimi tanınır və yaranan ləkələri sonradan aradan qaldırmaq olduqca çətin olur.
İsti havada qoxu niyə dəyişir?
30 dərəcədən yuxarı temperaturda bədən istiliyi artır, dəri daha çox tər və piy ifraz edir. Bu isə ətirin qoxu strukturuna təsir göstərir.
Belə şəraitdə sitrus və yaşıl notlar kimi yüngül üst notlar çox qısa müddətdə buxarlanır. Əvəzində müşk, ənbər, ud, qatran və şirin qoxular kimi ağır əsas notlar daha sürətlə və kəskin şəkildə hiss olunur.
Qış aylarında xoş təsir bağışlayan eyni ətir yayda həm istifadəçidə, həm də ətrafdakılarda baş ağrısı, ürəkbulanma və narahatlıq hissi yarada bilər.
Yayda ətirdən necə istifadə etmək lazımdır?
Mütəxəssislər yay mövsümündə ətirdən istifadə qaydasını dəyişməyi tövsiyə edirlər. Saç üçün nəzərdə tutulmuş xüsusi ətir spreylərindən istifadə etmək daha məqsədəuyğundur. Belə məhsullar adətən spirtsiz olur, saçları qurutmur və qoxunu uzun müddət saxlayır.
Ətiri birbaşa dəriyə deyil, pambıq və ya kətan paltarların daxili tikiş hissələrinə vurmaq da yaxşı seçim hesab olunur. Lakin əvvəlcə parçanın ləkələnmədiyinə əmin olmaq tövsiyə edilir. Əgər ətiri mütləq dəriyə vurmaq istəyirsinizsə, günəş şüalarının düşmədiyi nahiyələri seçmək lazımdır. Məsələn, saçın altında qalan boyun nahiyəsi və ya dizin arxa hissəsi bunun üçün daha uyğun hesab edilir.
Mütəxəssislər vurğulayırlar ki, bu sadə qaydalara əməl etməklə həm dərini günəşin mənfi təsirindən qorumaq, həm də isti havalarda ətirin daha xoş və balanslı hiss olunmasını təmin etmək mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 562 Tarix: 16 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabrKotletlər tavaya yapışmayacaq - Peşəkar aşpazların gizli üsulu
Kotlet bişirmək ilk baxışdan çox sadə görünür. Lakin bəzən kotletlər tavaya yapışır, çevirərkən dağılır və ən dadlı, qızarmış hissəsi tavanın dibində qalır. Bunun səbəbi çox vaxt qiymənin hazırlanmasında deyil, bişirmə zamanı yol verilən səhvlərdə olur. xarici mediaya istinadən xəbər verir ki, peşəka
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrQuru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq
"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv
13 noyabrUşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?
Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı
15 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabr800 illik qala 1 avroya satılır - Fotolar
Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər
9 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabr