Dünyanın ən təmiz çimərlikləri olan ölkələr açıqlandı
Dünyanın ən təmiz çimərliklərinə sahib ölkələrin yeni reytinqi açıqlanıb. Beynəlxalq Blue Flag ("Mavi Bayraq") ekoloji sertifikatı əsasında hazırlanan siyahıda ikinci il ardıcıl olaraq İspaniya birinci yeri tutub.
Sonxeber.az lent.az-a istinadən bildirir ki, "Mavi bayraq" sertifikatını almaq üçün yalnız dəniz suyunun təmiz olması kifayət etmir. Çimərliklər ekologiya, suyun keyfiyyəti, təhlükəsizlik, turist infrastrukturu, əlçatanlıq və ətraf mühitlə bağlı maarifləndirmə də daxil olmaqla 33 meyar üzrə qiymətləndirilir. Mütəxəssislərin sözlərinə görə, bu sertifikat turistlər üçün çimərliyin həm təmiz və təhlükəsiz olduğunu, həm də davamlı turizm prinsiplərinə uyğun idarə edildiyini göstərir.
Bu il İspaniyada "Mavi bayraq" sertifikatına layiq görülən çimərliklərin sayı 676-ya çatıb. Onlardan ən məşhurlarından biri Andalusiya bölgəsinin Nerxa şəhərində yerləşən Burriana çimərliyidir. Reytinqdə ikinci yeri Yunanıstan tutur. Sertifikatlı çimərliklərin əksəriyyəti Krit adasında (154) və Halkidiki yarımadasında (93) yerləşir.
Şimali Yunanıstandakı Uranupoli yaxınlığında yerləşən Kampudi çimərliyi isə eyni anda üç "Mavi bayraq" mükafatına sahib olması ilə seçilir. İlk üçlüyü Türkiyə tamamlayır. Ölkədə sertifikatlı çimərliklərin böyük hissəsi Antalya vilayətində yerləşir. 2026-cı ildə siyahıya girişin ödənişsiz olduğu bir neçə yeni ictimai çimərlik də əlavə olunub.
"Mavi bayraq" sertifikatlı çimərliklərin sayına görə ilk 10 ölkə
İspaniya - 676 çimərlik
Yunanıstan - 623 çimərlik
Türkiyə - 614 çimərlik
İtaliya - 525 çimərlik
Portuqaliya - 396 çimərlik
Fransa - 387 çimərlik
Danimarka - 140 çimərlik
Meksika - 103 çimərlik
İrlandiya - 85 çimərlik
Xorvatiya - 78 çimərlik
Beləliklə, ilk onluqda yer alan ölkələrin əksəriyyəti Avropada yerləşir. Avropadan kənardan siyahıya daxil olan yeganə ölkə isə Meksikadır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1014 Tarix: 19 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBeyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı
ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec
17 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabr"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind
8 noyabrDüyü bişirərkən bu səhvi etməyin
Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri
12 noyabrİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr