İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO

İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniya Prezidenti Azərbaycana səfərini məmnunluqla xatırlayıb.

Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə edib.

O, Azərbaycan-Ermənistan sülh gündəliyində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Almaniya Prezidenti Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd edib.

Dövlətimizin başçısı da öz növbəsində Frank-Valter Ştaynmayerin ölkəmizə səfərini məmnunluqla xatırlayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola toxunan Prezident İlham Əliyev ölkəmizin artıq Almaniya və Avstriyaya da qaz ixrac etdiyini deyib.

Söhbət zamanı Azərbaycan ilə Almaniya arasında münasibətlərin dostluq xarakteri daşıdığı qeyd edilib, iqtisadi və biznes əlaqələrinin inkişafı üçün geniş imkanların olduğu bildirilib, dövlətimizin başçısının Almaniyaya bu səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə olunub.

Bu səfər zamanı Azərbaycan-Almaniya əlaqələrinin strateji mahiyyət kəsb etməsi ilə əlaqədar Prezident İlham Əliyev və Kansler Fridrix Mertsin imzalayacağı "Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə"nin əhəmiyyəti vurğulanıb.

Görüşdə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri xatırlanıb, bu xüsusda Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı qeyd edilib.

Söhbət zamanı Orta Dəhlizin əhəmiyyəti və bu dəhlizdə Azərbaycanın önəmli roluna toxunulub, Yaxın Şərqdə yaranmış vəziyyət barədə fikir mübadiləsi aparılıb.

12:53

İyulun 21-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub.

Sonxeber.az bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEOİlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - FOTO - VİDEO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 370   Tarix: 21 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Ermənistanın ifşası və tarixi reallıqlar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri beynəlxalq birliyin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq tanımasının növbəti əyani sübutudur. Lakin bu səfərlərin Ermənistan cəmiyyətində v

15 sentyabr
.

Prezident İlham Əliyev: "İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"

"Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Müsəlman aləmini gözdə

15 sentyabr
.

Prezident: "Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir"

"Bugünkü dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr, təbii ki, bizim hamımızı narahat edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə söyləyib. "Biz Azərbaycanda hər zaman çalışmışı

15 sentyabr
.

Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib

"Biz bərpa işlərinə, demək olar ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra - 2021-ci ildən başlamışdıq. Bərpa edilən birinci obyekt Ağdam məscid olmuşdur". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları il

15 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16 sentyabr
.

Ölkəmizin sülh və həmrəylik çağırışı

‎Azərbaycan tarixinin bütün dövrlərində dialoq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ünvanı olub və əsrlər boyu sülhü əsas prinsip seçib. Ölkəmizin tarixində etnik və dini zəmində qarşıdurmaların, məzhəb ayrı seçkiliyinin ictimai münasibətlərin müəyyənedici amilinə çevrilməməsi xalqımızın fərql

16 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr