Apple-ın keçmiş əməkdaşı az adamın bildiyi sirri açıqladı

Apple-ın keçmiş əməkdaşı az adamın bildiyi sirri açıqladıMinlərlə istifadəçi batareyanın zəifləməsinə görə iPhone-u yenisi ilə əvəz edir. Halbuki bu problemi əksər hallarda daha ucuz yolla həll etmək mümkündür. Apple-ın keçmiş əməkdaşı smartfonun performansına həqiqətən təsir edən məqamları açıqlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Apple-ın keçmiş əməkdaşı Tayler Morqan bildirib ki, iPhone sahiblərinin çoxu batareyanın zəifləməsi səbəbindən yeni telefon almağa tələsməməlidir. Onun sözlərinə görə, əksər hallarda sadəcə batareyanın dəyişdirilməsi və ya bir neçə sadə ayarın edilməsi cihazın sürətini və işləmə müddətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Morqan qeyd edib ki, bir çox istifadəçi üçün cihazın ömrünü uzatmağın ən effektiv yolu batareyanı dəyişdirməkdir. Onun sözlərinə görə, Apple-da bu xidmətin qiyməti təxminən 80 dollardır. AppleCare abunəliyi olan istifadəçilər isə batareyanın maksimal tutumu 79 faiz və ya daha aşağı düşdükdə onu ödənişsiz dəyişdirə bilərlər. Keçmiş Apple əməkdaşı texniki bacarığı olan istifadəçilərin batareyanı özlərinin də dəyişə biləcəyini bildirib. Bunun üçün Apple peşəkar alətlər və ətraflı təlimatdan ibarət xüsusi dəst təqdim edir. Həmin dəsti bir həftəlik icarəyə götürmək 49 dollara başa gəlir. Morqan batareyanın dəyişdirilməsi ilə yanaşı, telefonun ayarlarının optimallaşdırılmasını da tövsiyə edib. Onun fikrincə, enerjiyə qənaət etməyin ən sadə və pulsuz yolu tətbiqlərin fon rejimində yenilənməsini söndürməkdir. Bu funksiya proqramların açılmadığı halda belə məlumatları yeniləməsinə imkan verir ki, bu da batareyanın daha tez tükənməsinə səbəb ola bilər. Bunun üçün "Ayarlar" - "Ümumi" - "Fon rejimində tətbiqlərin yenilənməsi" bölməsinə daxil olmaq lazımdır. Burada funksiyanı tamamilə söndürmək, yalnız Wi-Fi vasitəsilə aktiv saxlamaq və ya ayrı-ayrı tətbiqlər üçün fərdi seçim etmək mümkündür. Morqanın sözlərinə görə, bu xüsusilə ehtiyat nüsxəsi yeni iPhone-a köçürüldükdən sonra faydalıdır. Çünki məlumatlar bərpa edildikdən sonra bir çox tətbiq istifadəçinin onlardan yararlanmasa belə, fon rejimində sinxronizasiyaya başlayır. Bundan əlavə, o, tünd rəngli divar kağızlarından istifadə etməyi, ekranın parlaqlığını azaltmağı və daha uzun batareya ömrü əldə etmək üçün lazım gəldikdə avtomatik parlaqlıq tənzimlənməsi ilə True Tone funksiyasını söndürməyi məsləhət görür. Keçmiş Apple əməkdaşı həmçinin smartfonun həddindən artıq qızmasının qarşısını almağı, cihazı 100 faiz dolduqdan sonra uzun müddət şarjda saxlamamağı və birbaşa günəş şüaları altında qoymamağı tövsiyə edir. Onun digər məsləhəti isə şarj rejimi ilə bağlıdır. Morqan mümkün olduqda batareyanın enerji səviyyəsini 20-80 faiz arasında saxlamağı, cihazı daim 100 faizə qədər doldurmamağı və tam boşalmamasına çalışmağı tövsiyə edir. O xatırladıb ki, iPhone modellərində batareyanın ömrünü qorumaq üçün maksimal şarj səviyyəsini avtomatik məhdudlaşdıra bilən daxili funksiyalar artıq mövcuddur. Morqanın fikrincə, köhnə iPhone modellərinin sahibləri yeni iOS versiyalarını quraşdırmağa da tələsməməlidirlər. Onun sözlərinə görə, yeni sistem yeniləmələri ilk növbədə son nəsil cihazlar üçün optimallaşdırılır. Buna görə də köhnə modellər bu yeniləmələri dəstəkləsə belə, əvvəlki qədər sürətli və səmərəli işləməyə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 515   Tarix: 22 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr