İtaliyanın mirvarisi - Az adamın bildiyi nağıl evləri olan ada

İtaliyanın mirvarisi - Az adamın bildiyi nağıl evləri olan adaİtaliyanı izdihamsız, sakit və daha autentik şəkildə kəşf etmək istəyənlər üçün Neapol körfəzində yerləşən Proçida adası ideal seçim hesab olunur. Əksər turistlər məşhur Kapri adasına üz tutduğu halda, Proçida rəngarəng küçələri, sakit atmosferi və təbii gözəlliyi ilə diqqət çəkir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzun illər kütləvi turizmdən kənarda qalan Proçida kiçik ölçüsünə baxmayaraq, ideal istirahət üçün lazım olan hər şeyə malikdir.

Pastel rəngli evləri, dar daş küçələri və sakit ab-havası adaya xüsusi cazibə verir. 2022-ci ildə İtaliyanın Mədəniyyət Paytaxtı seçilən Proçida bu statusa baxmayaraq özünəməxsusluğunu qoruyub saxlayıb və kütləvi turizm məkanına çevrilməyib.

Hər zövqə uyğun çimərliklər
Adanın kiçik olmasına baxmayaraq, burada müxtəlif mənzərələrə rast gəlmək mümkündür. Firuzəyi dənizə enən sıldırım qayalar, vulkan mənşəli qara qumlu çimərliklər və sakit körfəzlər Proçidanı fərqləndirən əsas xüsusiyyətlərdəndir.

Ən məşhur çimərliklərdən biri olan Chiaiolella ailəvi istirahət üçün əlverişli sayılır. Buradan Vivara adasına gözəl mənzərə açılır, dəniz isə sakit və dayaz olduğu üçün uşaqlarla dincəlmək istəyənlər üçün təhlükəsiz seçim hesab edilir.

Sakitlik sevənlər isə adanın kənarındakı kiçik və vəhşi körfəzlərdə təbiətin toxunulmamış gözəlliyindən həzz ala, gün batımını izləyə bilərlər.

Marina Korriçella - adanın ən məşhur guşəsi
Proçidanın ən tanınmış məkanı keçmiş balıqçı kəndi olan Marina Korriçelladır. Bu hissəyə yalnız piyada getmək mümkündür. Burada avtomobil hərəkəti yoxdur, yalnız dalğaların səsi, rəngarəng evlər və sakit küçələr qonaqları qarşılayır.

Daş pilləkənlər, tağlar və kiçik terraslar bu məkanı nağıl səhnəsini xatırladır. Sahil boyunca yerləşən ailə restoranlarında gündəlik ovlanan təzə balıq və dəniz məhsullarından hazırlanan yeməklər təqdim olunur. Məhz bu sadə və səmimi atmosfer Marina Korriçellanı İtaliyanın ən çox şəkil çəkdirilən yerlərindən birinə çevirib.

"Slow Travel" sevənlər üçün ideal məkan
Proçidada həyat böyük şəhərlərin səs-küyündən tamamilə fərqlidir. Ada sakinləri əsasən balıqçılıq və sənətkarlıqla məşğul olur, boş vaxtlarını isə kiçik meydanlarda söhbət edərək keçirirlər.

Küçələrdə eyvanlardan asılmış paltarlar, kiçik ailə dükanları və qədim memarlıq elementləri burada sanki zamanın yavaş axdığı hissini yaradır.

Proçidaya Neapoldan müntəzəm bərə reysləri fəaliyyət göstərir. Bu da adanı bir neçə günlük istirahət üçün əlçatan edir. Burada həm dəniz kənarında dincəlmək, həm İtaliyanın yerli mədəniyyəti ilə yaxından tanış olmaq, həm də izdihamdan uzaq sakit günlər keçirmək mümkündür. Hazırda Proçida hələ də kütləvi turist axınına məruz qalmadığı üçün İtaliyanın ən gizli və cazibədar istirahət məkanlarından biri hesab olunur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 617   Tarix: 23 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

Qədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb

Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub

14 noyabr
.

Mağara divarlarında 280 qədim təsvir tapıldı - 60 il yanından keçib, görməyiblər

İspaniyanın Kataloniya bölgəsindəki "Cova de la Font Major" mağarasında onilliklər boyu turistlərin diqqətindən yayınan 280 Paleolit dövrü qayaüstü oyması aşkar edilib. "Qafqazinfo" xəbər verir ki, Katalan İnsan Paleoekologiyası və Sosial Təkamül İnstitutunun alimləri Xosep Mariy

14 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB

Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili

15 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr