Süni intellektin inkişafı ən çox hansı peşə sahiblərini narahat edir? - AÇIQLAMA

Süni intellektin inkişafı ən çox hansı peşə sahiblərini narahat edir? - AÇIQLAMASüni intellekt texnologiyalarının sürətlə inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Bir tərəfdən iş proseslərini sürətləndirən və məhsuldarlığı artıran bu texnologiyalar, digər tərəfdən bəzi peşələrin gələcəyi ilə bağlı narahatlıqları artırır.

Xüsusilə təkrarlanan və standartlaşdırılmış işlərin avtomatlaşdırılması ehtimalı müxtəlif sahələrdə çalışan insanların gələcəyi barədə suallar yaradır.

Bəs süni intellektin inkişafı ən çox hansı peşə sahiblərini narahat edir və bu qorxu nə dərəcədə əsaslıdır?

Mövzu ilə bağlı İkt üzrə mütəxəssis Bəhruz Əliyev Sonxeber.az -a açıqlama verib:

"Tarixə baxanda oxşar qorxular hər böyük texnoloji dəyişiklikdə yaşanıb, sənaye inqilabı, avtomatlaşdırma, kompüterlərin yayılması. Hər dəfə bəzi peşələr həqiqətən itib (məsələn, telefon operatorları, makinaçılar və s.), amma eyni zamanda əvvəllər mövcud olmayan yeni peşələr yaranıb. Süni intellektlə bağlı fərq ondadır ki, bu dəfə təsir fiziki əməkdən çox zehni əməyə yəni, yazı, tərcümə, analiz, dizayn, proqramlaşdırma kimi sahələrə yönəlir. Bu da onu göstərir ki, keçmiş nümunələr birbaşa təkrarlanmaya bilər.
Reallıqda ən çox baş verən şey peşələrin tam əvəzlənməsi yox, transformasiyasıdır. Bir peşə onlarla fərqli tapşırıqdan ibarətdir və süni intellekt adətən onların bir hissəsini avtomatlaşdırır. Məsələn, tərcüməçilər indi maşın tərcüməsini redaktə edən mütəxəssislərə çevrilirlər; hüquqşünaslar sənəd axtarışını süni intellektə həvalə edib strategiyaya daha çox vaxt ayırırlar. Yəni "peşə itir" demək çox vaxt "peşənin məzmunu dəyişir" deməkdir.
Bununla belə, bəzi sahələrdə iş yerlərinin sayının azalması real riskdir. Xüsusən təkrarlanan, standart tapşırıqlara əsaslanan işlərdə (müştəri dəstəyi, sadə mətn hazırlanması, məlumat daxil edilməsi). Burada əsas problem dəyişikliyin sürətidir. İnsanların yenidən ixtisaslaşmağa vaxtı çatacaqmı?
Ona görə də ən ağlabatan yanaşma nə panika, nə də tam laqeydlikdir. Qorxmaq əvəzinə uyğunlaşmaq daha faydalıdır. Süni intellekt alətlərindən istifadə etməyi öyrənmək, insanlara xas qalan bacarıqları (tənqidi düşüncə, ünsiyyət, məsuliyyət daşımaq, kontekstual mühakimə) inkişaf etdirmək. Çox güman ki, süni intellektdən istifadə edən mütəxəssislər ondan istifadə etməyənləri əvəz edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1873   Tarix: 24 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

Saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, aşağıdakı hallardan biri olduqda saatlıq əməkhaqqı müəyyən ediləcək:

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

Rəşid Mahmudovun evində partlayış baş verib?

Sosial şəbəkələrdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı baş verməsi ilə bağlı iddialar yayılıb. xəbər verir ki, paylaşımlarda iddia olunub ki, parlayış həkimin Badamdarda yerləşən evində baş verib. Məsələ ilə bağlı Rəşid Mahmudovla əlaqə saxladıq. Həki

17 noyabr
.

Azərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq

Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə

17 noyabr
.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Bakıda müşavirələr keçirildi - Qarlı havalara hazırlıq tədbirləri müzakirə olundu

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun qış mövsümündə qarlı havalara hazırlıq tədbirləri davam edir. xəbər verir ki, ilk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri yaşayış binalarınd

17 noyabr