Azər Əmirov: "Əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir"
Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir.
"Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, əmanətlərin sığortalanması sisteminin hazırkı vəziyyətini artıq təşəkkül tapmış bir sistem kimi qiymətləndirmək olar: "Bu sahədə qanunvericilik bazası mövcuddur və kifayət qədər təkmildir. Əmanətlərin Sığortalanması Fondu sistemin fəaliyyətini təmin edən əsas qurumdur. Fond öz funksiyalarını həyata keçirərkən bir sıra dövlət qurumları ilə əməkdaşlıq edir. Eyni zamanda, əmanətlərin sığortalanması sistemi kollektiv sığorta modeli əsasında fəaliyyət göstərir və bu sistemə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları daxildir".
O qeyd edib ki, kommersiya bankları Fondun iştirakçı bankları kimi qeydiyyata alınır, onlara müvafiq şəhadətnamələr verilir və saxladıqları əmanətlərin sığortalanması ilə bağlı öhdəlikləri yerinə yetirirlər: "Bunun üçün onlar təqvim haqları ödəyirlər. Beləliklə, sistem bütövlükdə bu prinsip əsasında qurulub. Əmanətlərin sığortalanması sistemi maliyyə sabitliyi sisteminin tərkib hissəsidir. Maliyyə sabitliyi sistemi isə öz növbəsində maliyyə-bank sektorunun ayrılmaz hissəsidir. Bank sisteminə nəzarət funksiyası Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilir. Əmanətlərin Sığortalanması Fondu isə sığortaçı funksiyasından çıxış edərək maliyyə sabitliyi sisteminin və əmanətlərin sığortalanması mexanizminin mühüm elementlərindən biri kimi fəaliyyət göstərir".
A.Əmirov bildirib ki, Fondun idarəetmə sistemi də bu mexanizmin tərkib hissəsidir: "Fondun icra orqanı İcraçı direktor, ali idarəetmə orqanı isə Himayəçilik Şurasıdır. Himayəçilik Şurasında Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də iştirakçı bankların nümayəndələri təmsil olunurlar. Eyni zamanda, Fondun fəaliyyəti və hesabatlılığı Himayəçilik Şurası ilə yanaşı Azərbaycan Respublikasının Prezidentinə də təqdim olunur".
O hesab edir ki, əmanətlərin sığortalanması sistemi ümumilikdə tam formalaşmış bir sistemdir: "Bununla belə, hər bir sahədə olduğu kimi, burada da dövrün tələblərinə uyğun sistemli islahatlar və yeniliklər qaçılmazdır. Hazırkı mərhələdə isə formalaşmış sistemdə hər hansı kəskin dəyişikliklərin həyata keçirilməsi gözlənilmir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Bu ölkədə 10 avroya dağ havası satılır
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi