Milyonlarla insan hələ də inanır: su ilə bağlı 5 məşhur mif
Su orqanizmin normal fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Lakin onun necə və nə qədər qəbul edilməli olduğu ilə bağlı illərdir dolaşan bir çox yanlış fikir var.
Lent.az xəbər verir ki, dietoloqlar bu miflərin niyə həqiqəti əks etdirmədiyini və həddindən artıq su içməyin hansı təhlükələr yarada biləcəyini izah ediblər.
1: Hər kəs gündə mütləq 2,5 litr su içməlidir
Mütəxəssislərin sözlərinə görə, böyüklərin gündə təxminən 2,5 litr mayeyə ehtiyacı olsa da, bu miqdarın əhəmiyyətli hissəsi qida məhsullarından alınır. Buna görə də, əksər insanlar üçün fiziki aktivlik yüksək deyilsə və hava çox isti deyilsə, gün ərzində təxminən 1-1,5 litr su içmək kifayət edir.
Dietoloqlar xəbərdarlıq edir ki, həddindən artıq su qəbulu qanda natrium səviyyəsinin azalmasına səbəb ola bilər. Bu isə böyrəklərə və ürəyə əlavə yük yaradır, toxumalarda maye yığılmasına gətirib çıxarır və ağır hallarda hətta beynin fəaliyyətinə də mənfi təsir göstərir.
2: Yemək zamanı su içmək həzmi pozur
Bir çox insan hesab edir ki, yemək zamanı su içmək mədə şirəsini durulaşdırır və qidanın həzmini çətinləşdirir. Lakin dietoloqlar bildirir ki, mədə turşuluğu o qədər yüksəkdir ki, adi miqdarda içilən su həzm prosesinə mane olmur. Əgər yemək zamanı susuzluq hiss edirsinizsə, su içməkdən çəkinməyə ehtiyac yoxdur.
3: Susuzluq hissi həmişə orqanizmin ehtiyacını göstərir
Dietoloqların sözlərinə görə, hər kəs yalnız susuzluq hissinə güvənməməlidir. Uşaqlarda bu mexanizm hələ tam formalaşmayıb, yaşlı insanlarda isə zaman keçdikcə zəifləyə bilər. Mütəxəssislər orqanizmin maye ehtiyacını qiymətləndirmək üçün sidiyin rənginə diqqət etməyi tövsiyə edir. Sidik tünd sarı rəng alırsa, bu, maye çatışmazlığının əlaməti ola bilər.
4: Səhər acqarına iki stəkan su içmək arıqladır
Qeyd edilir ki, səhər oyandıqdan sonra bir stəkan su içmək gecə ərzində itirilən mayeni bərpa etməyə və həzm sistemini aktivləşdirməyə kömək edir. Lakin bu çəki azaltmır. Arıqlamağın əsas şərti qəbul edilən kalorinin sərf olunan kaloridən az olmasıdır.
5: Gün ərzində lazım olan suyu bir dəfəyə içmək olar
Mütəxəssislər bildirir ki, çoxlu suyu qısa müddətdə qəbul etmək düzgün deyil. Gün ərzində lazım olan su miqdarını kiçik porsiyalarla içmək daha faydalıdır. Bu üsul mayenin orqanizm tərəfindən daha yaxşı mənimsənilməsinə kömək edir və mədəyə düşən yükü azaldır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 384 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
1 kiloqramı 40 manata satışa çıxdı - Görənlər inanmır...
Payızın ən faydalı və vitaminlərlə zəngin meyvələrindən biri olan narın qiyməti diqqət çəkir. Meyvəli/Wolt platformasında adi narın 500 qramı 18,90 manata təklif olunur. Bu isə hesablamaya görə 1 kiloqram narın qiymətinin 37,80 manat olduğunu göstərir. Eyni zamanda, satışda dənələnmiş narın 1 kiloqram
13 sentyabrQuru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrBir ev puluna bütün kəndi satın aldı
ABŞ-li sahibkar Jason Lee Beckwith İspaniyanın Zamora əyalətində 37 ildir heç kimin yaşamadığı Salto de Castro kəndini 310 min avroya satın alıb. xarici mediaya istinadla xəbər verir ki, satış nəticəsində sahibkar yalnız kəndin torpaqlarına deyil, ərazidə yerləşən çoxsaylı tikililərə də sahib olub. Kəndd
14 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrSaç qaynağının gizli təhlükəsi: Keçəlləşməyə səbəb ola bilər
Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbii yolla tökülsə də, bərkidilmə yerlərində qaldığı üçün bu, hiss olunmur. Müvafi
13 sentyabrHaradan haraya! Bu uşağı indi dünya tanıyır
Karyerasını "Qalatasaray"da davam etdirən milli futbolçu Yunus Akgünün uşaqlıq illərinə aid görüntüləri diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, illər əvvəl çəkilən fotoda əlində futbol topu olan balaca Yunusun kameraya baxdığı görünür. Qırmızı köynək geyinən gələcəyin futbolçusunu
11 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabr"WhatsApp" bu telefonlarda ARTIQ İŞLƏMƏYƏCƏK
Meta şirkəti "WhatsApp"ın ən son təhlükəsizlik standartlarını qorumaq məqsədilə bəzi köhnə Android və "iPhone" modellərinə dəstəyi dayandırır. -a istinadla xəbər verir ki, şirkətin yenilədiyi minimum sistem tələblərinə əsasən, 8 sentyabr 2026-cı ildən Android 6-dan aşağı versiyalarda
13 sentyabr65 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
Kərə yağında yağlılıq faizinin cəmi bir neçə faiz fərqlənməsi belə onun dadına, teksturasına və xüsusilə də bişirmə nəticəsinə ciddi təsir edə bilər. xəbər verir ki, kərə yağlarının əsas fərqi onların tərkibindəki suyun miqdarıdır. Məhsulda su nə qədər az olarsa, yağlılıq və dad bir o qədər yüksək olur
13 sentyabr