Gözləri olmayan balıq TAPILDI
ABŞ-ın Alabama ştatında alimlər elm üçün böyük əhəmiyyət daşıyan yeni mağara balığı növü aşkar ediblər.
Lent.az xəbər verir ki, balığın genetik xüsusiyyətləri o qədər fərqli olub ki, tədqiqatçılar onu mövcud cinslərdən heç birinə aid edə bilməyərək tamamilə yeni cins kimi təsnif ediblər. Yeni növə Demogorgonichthys arcanus adı verilib. Qeyri-rəsmi olaraq isə ona "iblis balığı" da deyilir.
Balığın uzunluğu 5 santimetrdən azdır. O, tamamilə gözsüz, piqmentsizdir və işığı hiss etməyə cavabdeh olan genin bir hissəsi də yoxdur. Bu xüsusiyyətlər onun tam qaranlıq mağara mühitində yaşamağa uyğunlaşdığını göstərir. Alimlər bildirirlər ki, bu səviyyədə əhəmiyyətli kəşflər olduqca nadir hallarda baş verir.
Hazırda həmin növə aid cəmi 20-yə yaxın fərd aşkarlanıb. Mütəxəssislər hesab edirlər ki, bu nadir balıq mağara ekosistemlərinin təkamülü və canlıların ekstremal şəraitə uyğunlaşması ilə bağlı yeni elmi məlumatların əldə olunmasına kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1230 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabrHər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr