Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
"Axşam yeməyi yuxunun keyfiyyətinə birbaşa təsir göstərə bilər və bunun səbəbi heç də həmişə həddindən artıq qida qəbulu olmur. Bəzi qidalar sinir sistemini stimullaşdırır və ya həzm sistemini daha intensiv işləməyə məcbur edir ki, bu da yuxuya getməyi xeyli çətinləşdirir".
Oxu.Az xəbər verir ki, bunu gazeta.ru-ya rusiyalı həkim, tibb elmləri namizədi Oksana Mixaleva deyib.
"İlk növbədə, yatmazdan əvvəl tərkibində kofein olan qidalardan uzaq durmaq lazımdır. İnsanların çoxu yalnız qəhvəni xatırlayır, lakin tünd çay və şokoladın tərkibində də kifayət qədər kofein var. Buna görə də, əgər yuxuya getməkdə çətinlik çəkirsinizsə, bu qidaları axşam saatlarında rasiondan çıxarmaq daha məqsədəuyğundur", - deyə mütəxəssis bildirib.
Həkimin sözlərinə görə, ağır və yağlı qidalar - fastfud, qızardılmış yeməklər, yağlı ət növləri və müxtəlif souslar da gecə yuxusuna mənfi təsir göstərir.
"Belə qidaların həzmi daha uzun çəkir. Nəticədə orqanizm yuxuya hazırlaşmalı olduğu vaxt mədə-bağırsaq sistemi aktiv fəaliyyətini davam etdirir. Bundan əlavə, yağlı qidalar qəbul edildikdən sonra mədədə ağırlıq hissi, narahatlıq və ya qıcqırma yarana bilər ki, bu da gecə yuxusunun keyfiyyətini aşağı salır", - deyə o qeyd edib.
Həkim həmçinin axşam saatlarında zülalla zəngin qidaların həddindən artıq qəbulunu da məqsədəuyğun hesab etmir.
"Axşam yeməyində zülalın həddindən artıq olması həzm sisteminə əlavə yük yaradır. Bu isə ağırlıq hissinə səbəb ola və yuxuya tez getməyə mane ola bilər", - deyə Mixaleva vurğulayıb.
Mütəxəssis şam yeməyini yatmazdan təxminən 2-3 saat əvvəl yeməyi tövsiyə edib. Onun sözlərinə görə, yuxudan dərhal əvvəl qida qəbulu aktiv həzm prosesinə səbəb olur və maddələr mübadiləsində iştirak edən hormonların orqanizmi gecə istirahətinə hazırlayan təbii mexanizmlərini poza bilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 330 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabr84 ildir işıqsız və susuz yaşayır - "Heç nəyin çatışmadığını hiss etmirəm"
Müasir həyatı elektrik enerjisi, su xətti, soyuducu və internetsiz təsəvvür etmək çoxları üçün çətindir. Lakin 84 yaşlı irlandiyalı Marqaret Qallager bütün ömrünü məhz belə yaşayıb və bu gün də həyatında heç nəyin əskik olmadığını deyir. xarici mediaya istinadən xəbər verir ki, Marqaret İrlandiyanı
14 sentyabrHər evdə var, amma bu təsirini çoxları bilmir
İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetinin mütəxəssislərinin apardığı araşdırmada pomidorun tərkibindəki likopen maddəsini
12 sentyabrBalıq bişirəndə edilən əsas səhvlər
Düzgün bişirilmiş balıq yalnız əla dadını qoruyub saxlamır, həm də orqanizm üçün çoxsaylı faydalı mikroelementlərlə zəngin olur. Balıq ən faydalı və dadlı qidalardan biri hesab edilir. Onu sobada bişirmək, qızartmaq və ya qaynatmaq mümkündür. Lakin hazırlanma prosesində bəzi səhvlərə yol verildikdə yeməyi
13 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabr