Azərbaycanda pensiya və maaşla bağlı MÜHÜM XƏBƏR - GÖZLƏNİLƏN SSENARİ
Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin bahalaşması Azərbaycanda sosial ödənişlərin artırılması ilə bağlı gözləntiləri yenidən gündəmə gətirib. Belə ki, müzakirələrdə neft gəlirlərinin artmasının uşaqpulunun bərpasına, eləcə də pensiya və digər sosial ödənişlərin artırılmasına təsir edəcəyi iddia olunur.
İddialar nə dərəcədə realdır? Bahalaşma buna təsir göstərə bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, Azərbaycan kimi dövlət büdcəsi və ixrac gəlirləri əsasən neft sektorundan formalaşan ölkələr üçün dünya bazarında neftin qiymətinin artması iqtisadiyyat üçün müsbət göstəricidir.
"Çünki neftin qiyməti artdıqca dövlətin ixrac gəlirləri və büdcə daxilolmaları da artır. Lakin bu, o demək deyil ki, neft bahalaşan kimi dərhal pensiyalar, sosial müavinətlər artırılacaq və ya universal uşaqpulu tətbiq ediləcək. Bu cür qərarlar dövlət büdcəsinin imkanları, hökumətin sosial və fiskal siyasəti, eləcə də qəbul olunan büdcə qərarları əsasında verilir. Neftin bahalaşmasının digər tərəfi də var. Adətən enerji daşıyıcılarının qiymətinin yüksəlməsi qlobal inflyasiya təzyiqlərini də artırır. Nəticədə dövlətin gəlirləri artsa da, xərcləri də yüksəlir. Amma neft qiymətləri uzun müddət yüksək səviyyədə qalarsa və dövlətin gəlirləri artarsa, bu, hökumətə sosial xərcləri artırmaq üçün daha çox imkan yarada bilər. Belə olan halda pensiyaların, sosial müavinətlərin və digər ödənişlərin artırılması mümkündür".
İqtisadçı bildirib ki, hazırda Azərbaycanda universal uşaqpulu sistemi tətbiq edilmir:
"Belə bir mexanizmin yaradılması yalnız neftin qiymətindən asılı deyil. Bu, dövlətin sosial siyasətindən, büdcə prioritetlərindən və qanunvericilikdə ediləcək dəyişikliklərdən asılı olan məsələdir. Bundan başqa, neft gəlirlərinin hamısını cari sosial ödənişlərə yönəltmək də düzgün yanaşma olmaz. Bu vəsaitin bir hissəsinin Dövlət Neft Fondunda toplanması, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli iqtisadi sabitlik baxımından daha məqsədəuyğundur.
Eyni zamanda, uzun illərdir həyata keçirilən dövlət investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi istiqamətində də müəyyən boşluqlar mövcuddur. Xərclənən hər bir manatın iqtisadi və sosial baxımdan nə qədər nəticə verdiyini ölçən vahid, şəffaf qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsinə ehtiyac var".
Qeyd edək ki, iyulun 23-də Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.83 dollar və ya 1.85% bahalaşaraq 100.56 ABŞ dolları olub. "Azeri Light"ın əvvəlki qiyməti 98.73 ABŞ dolları təşkil edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Bu ölkədə 10 avroya dağ havası satılır
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi