Pensiya almaq istəyənlərin DİQQƏTİNƏ: HƏR KƏS BUNU BİLMİR...
Minlərlə Azərbaycan vətəndaşı müxtəlif ölkələrdə rəsmi şəkildə çalışaraq sosial sığorta haqları ödəyir.
Bəs həmin ölkələrdə qazanılan əmək stajı Azərbaycanda pensiya təyin edilərkən nəzərə alınırmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssisi Asif İbrahimov bildirib ki, bu məsələ ölkələr arasında bağlanmış beynəlxalq sazişlərin mövcudluğundan asılıdır.
Onun sözlərinə görə, Azərbaycan bəzi dövlətlərlə sosial təminat sahəsində ikitərəfli sazişlər imzalayıb və həmin sazişlər çərçivəsində əmək stajının qarşılıqlı tanınması mümkündür:
"Əgər vətəndaş Azərbaycanın sosial təminat haqqında müqavilə bağladığı ölkədə rəsmi işləyib və qanunvericiliyə uyğun şəkildə sosial sığorta haqları ödəyibsə, həmin dövrdə qazanılmış əmək stajı pensiya hüququnun müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər. Lakin bu, yalnız müvafiq beynəlxalq sazişin şərtlərinə uyğun olaraq həyata keçirilir."
Asif İbrahimov vurğulayıb ki, Azərbaycanın sosial təminat sahəsində sazişi olmayan ölkələrdə qazanılmış əmək stajının avtomatik şəkildə Azərbaycanda pensiya hesablanmasına daxil edilməsi mümkün deyil:
"Belə hallarda vətəndaşın xaricdəki əmək fəaliyyəti həmin ölkənin daxili qanunvericiliyinə uyğun qiymətləndirilir. Azərbaycanda pensiya hüququnun müəyyən edilməsi isə milli qanunvericiliyin tələblərinə əsasən aparılır."
Ekspertin sözlərinə görə, xaricdə işləməyi planlaşdıran vətəndaşlar sonradan pensiya hüquqları ilə bağlı problem yaşamamaq üçün işləyəcəkləri ölkə ilə Azərbaycan arasında sosial təminat haqqında beynəlxalq sazişin olub-olmadığını əvvəlcədən araşdırmalıdırlar.
Qeyd edək ki, xaricdə qazanılan əmək stajının tanınması və pensiya hüquqlarının qorunması məsələsi beynəlxalq sosial təminat sazişləri əsasında tənzimlənir və hər bir müraciət konkret müqavilənin şərtləri çərçivəsində fərdi qaydada qiymətləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3299 Tarix: 26 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16 sentyabrMənzurə Musayevanın işdən çıxarılan qardaşına yeni vəzifə verildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr dəyişiklikləri və islahat prosesi davam edir. Qaynarinfo -a istinadla xəbər verir ki, TƏBİB-in icraçı direktoru Anar Bayramov Sumqayıt Şəhər Xəstəxanasında yeni təyinatla bağlı əmr imzalayıb. Əmrə əsasən, Mətləb Musayev sözügedən xəstəxananı
16 sentyabrSükan və pedalı olmayan avtomobillər dövrü BAŞLAYIR
Avtomobil sənayesində sükan və qaz-fren pedalları olmayan, tam avtonom idarəetmə sisteminə malik nəqliyyat vasitələrinin dövrü başlayır. xəbər verir ki, Tesla-nın yeni layihəsi bu istiqamətdə mühüm mərhələ hesab olunur. Dünyada ilk avtomobilin 1885-ci ildə Karl Benz tərəfindən istehsalından bu yana nəqliyya
15 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabr"Bakcell"dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
"Bakcell" abunəçilərinə internetdən rahat və çevik istifadə imkanı yaradan Wi-Fi internet paketlərini təqdim edir. Belə ki, "Bakcell"dən Wi-Fi modemini əldə edən abunəçilərə seçdikləri internet paketinin ilk abunəliyi çərçivəsində 100 GB-dək internet pulsuz təqdim olunur. Fərqli interne
15 sentyabrƏhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16 sentyabrMilli kimlik və vətən sevgisi: Gənc nəslin qarşısında duran mühüm vəzifə
"Gənc nəslin milli mənlik şüurunun formalaşdırılması və vətənpərvərlik hisslərinin gücləndirilməsi hər bir cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyan məsələlərdəndir. Çünki dövlətin davamlı inkişafı yalnız iqtisadi göstəricilər, müasir texnologiyalar və güclü institutlarla deyil, eyn
16 sentyabr