Repetitorlara EHTİYAC QALMAYACAQ: Valideynlərin yükü azalır, təhsildə inqilabi YENİLİK...
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək. Belə ki, yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Yeni model çərçivəsində tədris prosesi təmayül istiqamətləri üzrə daha məqsədyönlü şəkildə təşkil olunacaq, şagirdlərin seçdikləri ixtisas istiqamətlərinə uyğun fənlər üzrə bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetiriləcək. Bu yanaşma onların gələcək təhsil hədəflərinə daha sistemli və effektiv şəkildə hazırlaşmasına şərait yaradacaq.
Görəsən, sözügedən modelin üstünlükləri nələrdir?
Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi qeyd edib ki, sözügedən məsələ pilot layihə kimi daha əvvəl tətbiq olunmuşdu.
O vurğulayıb ki, əvvəlki model indiki ilə müqayisədə effektiv deyildi:
Repetitorlara ehtiyac qalmayacaq: Valideynlərin yükü azalır, təhsildə inqilabi yenilik tətbiq olunur
"İndi isə əhatə dairəsi genişlənir və yanaşma dəyişir. Artıq prosesə yüksəkixtisaslı pedaqoji kadrlar cəlb olunur. Hazırlıq istiqamətində qrup rəhbərləri də tədris prosesində iştirak edəcəklər. Onlar tədrisin təşkili ilə yanaşı, şagirdlərin qiymətləndirilməsini və nəticələrin izlənilməsini həyata keçirəcəklər. Bu da şagirdlərin ali təhsil müəssisələrinə hazırlığının məktəblərdə aparılmasına və onların birbaşa ali məktəblərə qəbuluna daha əlverişli şərait yaradacaq.
Yeni model valideynlərin maliyyə yükünü azaldır, eyni zamanda şagirdlərin dərs yükünü də yüngülləşdirir. Əlbəttə, indiki sayda bir-iki il sonra effekt əldə olunarsa, bu model bütün bölgələrdə tətbiq oluna biləcək. Bu da onu deməyə əsas verir ki, hazırlıq kurslarına və repetitorlara müraciətlərin azalmasını müşahidə edəcəyik. Şagirdlər yalnız məktəb biliyi əsasında ali təhsil müəssisələrinə qəbul olacaqlar. Prosesə cəlb olunan müəllimlər sertifikasiya imtahanında uğur qazanmış şəxslərdir. Onlar dərs saatları ərzində həmin tədrisi həyata keçirirlər. Qarşıdakı dövrdə tamştatlı müəllim kimi qeydiyyata alınarlarsa, əməkhaqlarında da artımlar olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şirin və faydalı: Alimlər sağlamlıq üçün ən yaxşı mürəbbəni açıqladı
Sabahdan hava PİSLƏŞİR - XƏBƏRDARLIQ
Alimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Azərbaycanda internet tarifləri artırılır - Minimum 25 manat olacaq
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video - Yenilənib
Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama
İcra başçısı buna görə işdən çıxarılıb - 2 nəfər həbs olunub
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - Video
Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA
ADMİU-nun I kurs tələbələrini aşağıladılar - Polis araşdırır
Bu ölkədə 10 avroya dağ havası satılır
İran və Rusiya tərəfindən Azərbaycan tarixi ilə bağlı təhriflərə yol verilir - ŞƏRH
5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı: Ailədəki 3-cü müəllim də vəfat etdi