Milli Yaylaq Festivalında bir araya gəldilər - Fotolar

Milli Yaylaq Festivalında bir araya gəldilər - FotolarGöygöldə V Milli Yaylaq Festivalı davam edir.

Axşam.az xəbər verir ki, festivalının açılış mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı Kamran Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, TİKA Bakı Proqram Koordinatoru Mahmut Ağırman, dövlət və özəl qurumların nümayəndələri, rayon ictimaiyyəti, şəhid ailələri və qazilər, media nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən RİHB-sı Vüqar Novruzov artıq ənənə halını almış V Milli Yaylaq Festivalının yerli və xarici qonaqların hər il böyük maraqla gözlədiyi, xalqımızın zəngin mədəni irsini, yaylaq həyatını, qədim elat ənənələrini və milli-mənəvi dəyərlərini yaşadan ənənəvi mədəniyyət bayramına çevrildiyini, həmçinin özündə Türk dünyasını birləşdirən, regionların turizm potensialının inkişaf etdirilməsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib bir hissəsi olduğunu qeyd edib. Həmçinin bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli-mənəvi dəyərlərin və tarixi-mədəni irsin qorunmasına yönəlmiş dövlət siyasətinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, eyni zamanda I vitse-prezident hörmətli Mehriban xanımın milli-mədəni irsimizin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyət mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri Festivalın təşkilində əməyi olan bütün tərəfdaş qurumlara minnətdarlığını bildirərək, layihənin Göygölün turizm potensialının tanıdılmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.

Çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov, Layihə rəhbəri Müzadil Həsənov, Baş konsul Recep Öztop və digər natiqlər festivalın əhəmiyyətindən bəhs edərək bu cür tədbirlərin milli irsin qorunması, mədəniyyətimizin təbliği və turizmin inkişafı baxımından mühüm rol oynadığını qeyd ediblər.

Festival çərçivəsində "Xan Çadırı"nda xalçaçılıq sənətinin sərgisi, sənətkarlıq guşələri, milli idman növləri üzrə nümayişlər və yarışlar, etnospor və oxatma məşqləri, uşaqlar üçün əyləncə zonaları, konsert proqramları, aşıq musiqisi, folklor kollektivlərinin çıxışları, teatr tamaşaları, yorğa atlarının sərgisi, kəndirbazların və alov püskürənlərin maraqlı nümayişləri, "Yaylaq süfrəsi" və digər tematik məkanlar təşkil olunub.

Ziyarətçilər milli mədəniyyətimizi, qədim el sənətlərini, ənənəvi kənd həyatını və Azərbaycan mətbəxinin zəngin nümunələrini yaxından tanımaq imkanı əldə ediblər. Milli idman növləri və etnospor üzrə təşkil olunan proqramlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Üç gün davam edən festivala ölkənin müxtəlif bölgələrindən, həmçinin 20-dən artıq ölkədən çoxsaylı qonaqlar qatılıb.

Milli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - FotolarMilli Yaylaq Festivalında bir araya gəldilər - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 561   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər

15 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Bu gün bir sıra ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat

15 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr