Saleh Məmmədovun şərikinin adı bilindi: Təhmasib Qəniyev kimdir? - İLGİNC FAKT
Xəbər verdiyimiz kimi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov Almaniyada bina inşa edir.
Tribuna.az xəbər verir ki, bu barədə ilk olaraq araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
O qeyd edib ki, iki binanın inşasını Saleh Məmmədov şəriki ilə reallaşdırır. Lakin Həsənli həmin şərik barədə məlumat verməyib.
Tribuna.az bununla bağlı araşdırma aparıb. Məlum olub ki, Saleh Məmmədovun şəriki heç də ona uzaq olmayan biridir.
Araşdırma zamanı bu şəxsin Almaniya vətəndaşı Təhmasib Qəniyev olduğu üzə çıxıb.
T.Qəniyev isə AAYDA-nın əsas fiqurlarından biri olan Dilqəm Qəniyevin qardaşı olduğu qeyd edilir.
Bəs, Dilqəm Qəniyev kimdir?
Qeyd edək ki, açıq mənbələrdə bu şəxsin Saleh Məmmədovun ən yaxın adamı olduğu qeyd edilir.
Belə ki, AAYDA-nın baş mühəndisi postunu tutan sözügedən şəxs yolların layihələndirilməsindən tutmuş, smetasına qədər hər işi həyata keçirib.
Hazırda da həmin postunda işinə davam edir.
Dilqəm Qəniyev medianın gündəminə özünün bahalı həyatı və geniş avtomobil kolleksiyası ilə də düşüb.
Belə ki, o, eyni dövlət nömrə nişanlı (466 nömrələr ona məxsusdur) bahalı avtomobillərə sahibdir.
Bundan başqa, Dilqəm Qəniyevin "Ziraat Bank Azərbaycan"da böyük məbləğli hesablarının olduğu da bildirilir.
9-cu mikrorayondakı özəl klinikalardan biri onun olmaqla yanaşı, Qəniyev Bakıda Saleh Məmmədovun tikinti biznesinə də məzarət edən şəxs olaraq tanınır.
Xatırladaq ki, Dilqəm Qəniyev "Azəryolelmitədqiqat" İnstitutunun baş mühəndisliyindən, həmin qurumun direktoru vəzifəsinə təyinat alıb. Bu təyinat yeni rəhbərliyin zamanında gerçəkləşib.
Araşdırmamız davam edir…
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 625 Tarix: 27 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər
15 sentyabrBakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır
Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd
16 sentyabrSabah 35° isti olacaq
Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
16 sentyabrBu gün bir sıra ərazilərdə işıq olmayacaq
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat
15 sentyabr"Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16 sentyabr"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16 sentyabrSabah 35 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy
15 sentyabr