Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - Fotolar

Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarBakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Dövlət ittihamını müdafiə edən prokurorlar - Abbas Abbaslı, Anar Ələkbərov və Sevinc Qasımova bildiriblər ki, cinayət işi üzrə ittiham olunan digər təqsirləndirilən şəxslər kimi Bako Sahakyan, David Manukyan, David Babayan, Davit İşxanyan, Levon Mnatsakanyan, Madat Babayan və Melikset Paşayanın da Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzkar müharibə və cinayətkar birliyin fəaliyyətində iştirakları birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla təsdiqlənib.

Dövlət ittihamçıları qeyd ediblər ki, təqsirləndirilən şəxslər sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə, suveren ərazilərimizin işğalı, silahlı birləşmələrin təşkili və təminatı, Azərbaycana qarşı düşmənçilik fəaliyyətinin təşviqi, terror, mina partlayışları, mülki şəxslərə qarşı müxtəlif cinayətlər və digər qanunsuz əməlləri törətməkdə təqsirləndirilirlər.

Həmçinin vurğulanıb ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar cinayət işinin ibtidai istintaqı zamanı toplanmış, eləcə də məhkəmə baxışı zamanı təqdim və tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyləri, ifadələr, çoxsaylı istintaq hərəkətləri protokolları, sənədlər və digər dəlillərlə təsdiqlənib.

Məhkəmənin növbəti iclası iyulun 28-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Arayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - FotolarArayikgilin apellyasiya məhkəməsində prokurorlar çıxış etdi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 746   Tarix: 27 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

DSMF-nin xərcləri 8 ayda 5,4 milyard manatı ötüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-avqust aylarında 5 milyard 712 milyon manat təşkil edib. bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, proqnozla müqayisədə 5 % və ya 264 milyon manat çoxdur. Fondun gəlirlər

15 sentyabr
.

Təranə Paşayeva: "Tələbənin psixoloji rifahı onun təhsil uğurunun mühüm tərkib hissəsidir" - MÜSAHİBƏ

"Loqos" Psixoloji və Nitq Mərkəzi ilə Təhsil və Tələbə Krediti Fondu arasında üçillik əməkdaşlıq memorandumu imzalanıb. Memorandum təhsil alan gənclərin psixoloji rifahının dəstəklənməsi, psixoloji maarifləndirmənin genişləndirilməsi və gənclərin fərdi inkişafına yönəlmiş əməkdaşlığın gücləndirilməsin

16 sentyabr
.

Bakı ABŞ Konqresində böyük həmləyə hazırlaşır

Milli Məclis əlaqələrin inkişafı üçün xüsusi tədbirlər nəzərdə tutub; bu yaxınlaşma 907-ci düzəlişin ləğvinə təsir edəcəkmi?. Azərbaycan-ABŞ münasibətlərinin yeni mərhələsinə uyğun olaraq Milli Məclisin ABŞ Konqresi ilə əlaqələrin inkişaf etdirilməsinə yönəlmiş xüsusi tədbirlər həyata keçirməsi nəzərd

16 sentyabr
.

Tələbənin həm oxuyub, həm işləməsi karyerasına hansı üstünlükləri verə bilər? - AÇIQLAMA

Universitet illərində təhsillə yanaşı işləməyə üstünlük verən tələbələrin sayı artır. İş təcrübəsi tələbəyə həm maddi baxımdan dəstək ola, həm də gələcək peşə fəaliyyəti üçün praktiki bacarıqlar qazandıra bilər. Lakin iş saatlarının çox olması, yorğunluq və dərslərə kifayət qədər vaxt ayırmamaq təhsi

16 sentyabr
.

Sabah 35° isti olacaq

Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

16 sentyabr
.

Bu gün bir sıra ərazilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb. Abşeron Rayon Enerji Təchizat

15 sentyabr
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16 sentyabr
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləy

15 sentyabr