"Hərtərəfli demokratik islahatların həyata keçirilməsi kompleks keçid prosesini tələb edirdi" - AÇIQLAMA

"Hərtərəfli demokratik islahatların həyata keçirilməsi kompleks keçid prosesini tələb edirdi" - AÇIQLAMA1990-cı illərin əvvəlində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda nəinki demokratik islahatlardan, yaxud yüksək hüquqi pilləyə ucalmış vətəndaş cəmiyyətindən danışmaq mümkün idi, ümumiyyətlə, ölkənin müstəqil dövlət olaraq varlığının qorunması sual altında qalmışdı. Hərtərəfli demokratik islahatların həyata keçirilməsi kompleks keçid prosesini tələb edirdi. 1993-cü ildə Azərbaycanda ciddi vətəndaş qarşıdurması yaranmışdı. Bu qarşıdurmanın tez bir zamanda genişlənməsinin isə bir sıra amilləri movcud idi.
Məhz belə bir məqamda 1993-cü ildə, ictimai-siyasi durumun mürəkkəb şəraitə yetişdiyi zamanda Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Milli lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsinihər bir zaman proitet istiqamət kimi diqqətində saxlayırdı.
Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır .
Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider Heydər Əliyev 70-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik etdiyi zamandan dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmiş, ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olunmuşdur.
1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə hər bir zaman böyük həssaslıqla yanaşır və onun dediyi kimi - "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Türkan Cümşüdova - YAP üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 498   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "İslam dünyasına qarşı elan olunmamış müharibə gedir"

"Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirib. "Müsəlman aləmini gözdə

15 sentyabr
.

Azərbaycanda İslam həmrəyliyi güclənməkdədir

Müasir dünyada baş verən sürətli geosiyasi dəyişikliklər, regional münaqişələr və artan gərginliklər beynəlxalq müstəvidə həmrəylik və qarşılıqlı dəstək prinsiplərini hər zamankından daha aktual edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 sentyabr 2026-cı il tarixində Türk Dövlətlər

16 sentyabr
.

Nazir Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya göstəricilərini AÇIQLADI

"Türkiyə-Azərbaycan dostluğunun dünyada bənzəri yoxdur". xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla birgə keçirilən mətbuat konfransında deyib. O bildirib ki, iki ölkə arasında təmaslar daimi davam edir:. "Həmçinin, 108 il əvvə

15 sentyabr
.

Prezident İlham Əliyev: "Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib"

"Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər, şairlər, mütəfəkkirlər bəxş etmişdir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə deyib. Dövlətimizin başçısı onların bəzilərinin adlarını sadalayara

15 sentyabr
.

Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun növbəti erməni provokasiyalına cavab olaraq keçirdiyi lokal antiterror tədbirləri onun tam suveren hüququdur. Son günlər ərazilərimizdə olan qanunsuz hərbi birləşmələrin təxribatlarının və terror aktlarının davamlı xarakter almışdır. Azərbaycan dövlət

16 sentyabr
.

"Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri onların təmsil etdikləri ölkələrin Azərbaycanın ərazi bütövlüyünü tanımasından və dəstəkləməsindən xəbər verir. Artıq dünya birliyi "Qarabağ Azərbaycandır!"reallığını tam qəbu

16 sentyabr
.

Ermənilərin tarixi alban irsinə sahib çıxmaq cəhdləri çoxdan başlayan prosesdir - ŞƏRH

"Tarixi alban irsinin dünyada məhz Azərbaycanın irsi kimi tanınmasının və tanıdılmasının müstəsna əhəmiyyəti var. Bunun əhəmiyyəti təkcə milli, etnik, mədəni və dini tariximizin bütövlüyünün bərpa edilməsi ilə məhdudlaşmır. Alban irsinin Azərbaycan-Türk irsi kimi tanıdılmasının böyük strateji əhəmiyyət

16 sentyabr
.

Prezident İlham Əliyevdən Ülvi Quliyevlə bağlı sərəncam

Ülvi Zahid oğlu Quliyev "Şöhrət" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bu ordenlə təltif edilib

16 sentyabr
.

Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə görüşündə işğal dövründə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, 65 məscidin Ermənistan dövləti tərəfindən tam dağıdıldığını, bəzilərinin yarıdağılmış vəziyyətd

15 sentyabr