"Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır" - AÇIQLAMA

"Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır" - AÇIQLAMADil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, ilk növbədə ana dilimiz yada düşür. Əgər bir xalqın ana dili yoxdursa, demək, həmin xalqın özü də yoxdur. Bizim milli birlik və həmrəyliyimizi təmin edən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Çünki bir milləti ayaqda tutan milli dəyərlərin başında dil gəlir. Millətin milli dilinin dövlət statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Bütün əsrlərdə böyük mütəfəkkirlər dilimizə layiq olduğu dəyəri vermişlər. Hələ XI əsrdə Mahmud Kaşğarlı dilimizin ərəbcədən, XV əsrdə Əlişir Nəvai farscadan zəngin, gözəl, qüdrətli və şirin bir dil olduğunu isbat etmişdir. Qədim və orta əsrlərdə ən ali məqamlarda yad dillərin hökmranlıq sürdüyü dönəmdə - XIII əsrdə İzzədin Həsənoğlu qəzəllərini o dövrün "hakim" dillərində deyil, məhz ana dilində yazmağa üstünlük verdi. İmadəddin Nəsiminin fəlsəfi şeirləri, Qazi Bürhanəddinin tuyuğları, Şah İsmayıl Xətainin divanı, ustad Füzulinin "nəzmi-nazik" poetik inciləri məhz Azərbaycan dilində yazılıb, ana dilimizin bütün gözəlliklərini, zəriflik və incəliklərini, insan ruhunu ovsunlayan musiqili təsirini özündə əks etdirib. Ona görə ki, hər millətin mədəniyyətinin böyüklüyü sözlüyündə olan kəlmə xəzinəsi, yəni lüğət tərkibinin zənginliyi ilə ölçülür. Milli sərvətimiz olan dilimizi ağırlaşdırmamaq, yadlaşdırmamaq, təmizliyini qorumaq, onu zənginləşdirmək qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur. Bütün dönəmlərdə ziyalılarımız, xüsusilə də şair və yazıçılarımız Azərbaycan dilinin saflığı uğrunda qətiyyətlə mübarizə aparıblar. Lüğət tərkibinin məna çalarlarının zənginliyinə görə, dünyanın ən mədəni xalqlarının dil səviyyəsinə yüksəlmiş ana dilimizin mühafizəsi ilə əlaqədar milli ruhlu ziyalılar əllərindən gələni əsirgəmədilər. Səməd Vurğun, Mirzə İbrahimov, Bəxtiyar Vahabzadə, Əli Tudə, Anar, Xəlil Rza Ulutürk, Məmməd Araz dillə bağlı möhtəşəm əsərlər yaratdılar. Xalq yazıçısı Mirzə İbrahimov dil uğrunda mübarizədə dövrün ziddiyyətləri, təzyiqləri ilə üzləşərək vəzifəsindən azad edildi, sərt münasibətlərlə üzləşdi, amma əqidəsindən dönmədi. Zaman böyük yazıçının arzularını təsdiqlədi.
Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq Azərbaycan dilinin ölkəmizdə dövlət dilinə çevrilməsində böyük xidmətlər göstərdi. Dilin inkişafı ilə bağlı Ulu Öndərin müntəzəm olaraq verdiyi fərman və sərəncamlarda, eləcə də tövsiyələrdə, çıxış və məruzələrdə vaxtaşırı bu məsələdə ortaya çıxan ciddi problemlərin həlli vacib sayılırdı.
Hər bir milli dəyər, ələlxüsus da, ana dili nə qədər xalqın keçmişini, qədimliyini özündə əxz etdirsə də, dövlət və rəhbərlik qayğısı olmadan ikinci planda durur və məişət dili səddini keçə bilmir, ali məqamlarda təmsil olunma iqtidarından məhrum olur. Milli dəyərlərimizə fəaliyyəti boyu himayədarlıq edən böyük rəhbərimiz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətə gəldiyi elə ilk gündən ana dilimizə layiq olduğu statusu verdi və bunu bütün fəaliyyəti boyu ən yüksək səviyyədə davam etdirdi.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması ana dilimizin gözəl bilicisi, mahir natiq ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edir. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açır və kürsü dili səviyyəsinə qalxır.
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi. Zamanına görə, sərt sovet ideologiyası şəraitində əsl qəhrəmanlıq və uzaqgörənlik nümunəsidir. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil edib.
Müstəqillik ərəfəsi və onun ilk illərində dilin adının dəyişdirilməsi, onunla bağlı ənənələrin nəzərə alınmaması indi də təəssüf doğurur. 1995-ci ildə qəbul edilən konstitusiya ilə dövlət dilinin adı bərpa olundu. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edildi. Azərbaycan Konstitusiyasının 45-ci maddəsi ilə hər kəsin ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ təsbit olunur. Konstitusiyamıza görə, heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. 2001-ci il iyunun 18-də Ümummilli lider Heydər Əliyev "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu sənəd ana dilimizin inkişafı üçün böyük imkanlar yaratdı. Həmçinin, Ulu Öndərin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" (9 avqust 2001-ci il) sərəncamı yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyasını daha da genişləndirib.
Ana dilinin daha da inkişaf etdirilməsi, işlənməsi və saflığının qorunması ilə əlaqədar müxtəlif illərdə dövlət başçısı tərəfindən fərmanlar imzalanmış və Milli Məclis tərəfindən qanunlar qəbul edilmişdir. 2002-ci il 30 sentyabr tarixdə "Azərbaycan Respublikasında Dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 322   Tarix: 28 iyul 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə hava əlaqəsi bərpa edilir

"Yaxın vaxtlarda Azərbaycan və Rusiya arasında bir sıra istiqamətlər üzrə birbaşa aviareyslərin bərpası gözlənilir". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada ikitərəfli danışıqların yekunlarına dair rusiyalı həmkar

17 iyul
.

"Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur" - AÇIQLAMA

Dil millətin ən əsas milli dəyəri və onun milliliyini təmin edən vacib atributudur. Çünki milli varlığımızı mədəni təməllərə bağlayan dilimizdir. Bu dil millətimizin təsdiqini və milli özünüdərkini müəyyənləşdirən əsas amillərdən biridir. Milli-mənəvi sərvətimizdən, mənəviyyatımızdan bəhs olunanda, il

28 iyul
.

Lavrov İrana gedəcək

Rusiya Xarici İşlər Nazirliyi (XİN) nazir Sergey Lavrovun İrana səfərinin təşkili ilə bağlı hazırlıq işlərinin aparıldığını təsdiqləyib. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb. "Bu istiqamətdə işləyirik"

24 iyul
.

Peter Pelleqrini İlham Əliyevlə görüşü barədə: "Dərhal hiss edirsiniz ki, biz iki dost kimiyik"

Slovakiya Prezidenti Peter Pelleqrini bildirib ki, rəsmi görüşün məhz Şuşada keçirilməsi ideyası Azərbaycan dövlətinin başçısı İlham Əliyevə məxsus olub. xəbər verir ki, bu barədə Pelleqrini Şuşada "AnewZ" telekanalı üçün əslən bakılı olan tanınmış jurnalist Yuli Qusmana verdiyi eksklüziv müsahibəsind

17 iyul
.

"Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir" - AÇIQLAMA

"İyulun 20-21-də Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə bu ölkəyə rəsmi səfəri baş tutub. Bu da Avropada, o cümlədən qitənin iqtisadi cəhətdən ən çox inkişaf edən lövləti olan Almaniyada Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəy

22 iyul
.

"Son illər Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır" - AÇIQLAMA

Almaniya Avropa İttifaqına daxil olan ölkələr arasında iqtisadi cəhətdən inkişaf etmiş ən qabaqcıl dövlətlərdəndir. Həmçinin Almaniya Aİ-nin iqtisadi siyasətini müəyyənləşdirir. Bu mənada demək olar ki, Almaniya Avropanın aparıcı dövlətlərindən biridir. Bu ölkə ilə Azərbaycan araında siyasi, iqtisad

22 iyul
.

"Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb" - DEPUTAT

"Bu il Azərbaycan milli mətbuatının yaranmasının 151 ili tamam olur. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul tarixi 1991-ci ildən Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. XIX əsrin sonlarına yaxın bütü

21 iyul
.

Strateji əhəmiyyət kəsb edən əməkdaşlıq

İyul ayının 20-də Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya rəsmi səfərə gəlmişdir. Bu səfər təkcə iki ölkə arasında növbəti diplomatik təmas deyil, dəyişən qlobal reallıqlar şəraitində Avropanın və xüsusilə onun iqtisadi cəhətdən aparıcı dövləti olan Almaniyanın Cənubi Qafqaza münasibətdə olan diqqəti

22 iyul
.

"İnsan hüquqlarının müdafiəsi demokratik inkişafın əsas şərtidir" - DEPUTAT

"Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir". Bunu -a deputat Əli Məsimli danışb. O, açıqlamasında qeyd edib ki, bu sahədə məqsə

20 iyul