Tarixdə ilk, Azərbaycanda 4-cü
"Sabah" Azərbaycan futbolu tarixinə avrokuboklarda Liqa mərhələsinə yüksələn 4-cü komanda kimi düşüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubunu hər iki oyunda məğlub edərək (1:0, 2:0) III təsnifat mərhələsinə yüksəlib.
Bununla da "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Komandanın UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və ya UEFA Konfrans Liqasının hansı liqa mərhələsində çıxış edəcəyi növbəti iki təsnifat mərhələsinin nəticələrindən sonra dəqiqləşəcək.
Qitəmiqyaslı turnirlərdə 2023/24 mövsümündə debüt edən "Sabah" bu uğura avrokuboklardakı 4-cü mövsümündə imza atıb.
Bunadək Azərbaycan futbolunda yalnız üç komanda - "Neftçi", "Qarabağ" və "Qəbələ" qitə kuboklarının əsas mərhələsində çıxış edib. Həmin klublar birlikdə 15 dəfə bu uğuru təkrarlayıblar.
"Neftçi" - 1 dəfə
UEFA Avropa Liqası - 2012/13
"Qarabağ" - 12 dəfə
UEFA Avropa Liqası - 2014/15
UEFA Avropa Liqası - 2015/16
UEFA Avropa Liqası - 2016/17
UEFA Çempionlar Liqası - 2017/18
UEFA Avropa Liqası - 2018/19
UEFA Avropa Liqası - 2019/20
UEFA Avropa Liqası - 2020/21
UEFA Konfrans Liqası - 2021/22
UEFA Avropa Liqası - 2022/23
UEFA Avropa Liqası - 2023/24
UEFA Avropa Liqası - 2024/25
UEFA Çempionlar Liqası - 2025/26
"Qəbələ" - 2 dəfə
UEFA Avropa Liqası - 2015/16
UEFA Avropa Liqası - 2016/17
"Sabah" - 1 dəfə
Avrokuboklar - 2026/27
"Sabah"ın "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub. Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.
Qitəmiqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. "Sabah" ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.
Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqda bu qədər qələbə qazanıb.
"Sabah"ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.
Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn "Sabah" ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 513 Tarix: 29 iyul 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı
"Sabah" Çempionlar Liqasının Liqa mərhələsində mübarizəyə başlayır. "Qafqazinfo" xəbər verir ki, bu gün paytaxt təmsilçisi 1-ci turda "Mançester Yunayted"in qonağı olacaq. "Old Trafford" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyun
10 sentyabr"Sabah" bu gün "Mançester Yunayted"lə üz-üzə gələcək
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək. Qaynarinfo-nun məlumatına görə, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bak
10 sentyabr"Sabah" "Şəfa"ya qarşı
Bu gün Misli Premyer Liqasında 5-ci tura yekun vurulacaq. "Qafqazinfo" xəbər verir ki, 4-cü oyun günündə 1 matç keçiriləcək. Son çempion "Sabah" 19:00-da "Şəfa"nın qonağı olacaq. 19:00. "Şəfa" - "Sabah". Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Zöhra
14 sentyabr"Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri olub
"Qəbələ" yeni baş məşqçisinin adını açıqlayıb. bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" şimali makedoniyalı Yeton Bekiri ilə "1+2" illik müqavilə bağlayıb. 44 yaşlı mütəxəssis son olaraq ölkəsində "Şkendiya" klubuna rəhbərli
16 sentyabrNaxçıvanda ilk Minifutbol Kuboku başa çatıb
Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb. Sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasınd
16 sentyabrRonaldo və Messi eyni komandada oynayacaq - Rəsmi
Argentina millisinin sabiq ulduzu Karlos Tevez Kriştianu Ronaldo və Lionel Messinin eyni komandada oynayacağını açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o, Buenos Ayresdəki "La Bombonera" stadionunda keçiriləcək vida matçında hər iki superulduzun meydana çıxacağını bildirib. "İkis
8 sentyabrAtletika çempionatında kütləvi zəhərlənmə
Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışa
13 sentyabrFrenki de Yonq qışda "Barselona"dan ayrıla bilər
Niderland millisinin futbolçusu Frenki de Yonq qış transfer dönəmində İspaniyanın "Barselona" klubundan ayrıla bilər. xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb. Kataloniya təmsilçisinin rəhbərliyi 29 yaşlı yarımmüdafiəçinin satışından 50 milyon avro sabit məblə
10 sentyabr"Mən və o ən yaxşı futbolçularıq" - Yamal
"Barselona"nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, o, "Qızıl top"un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb. "Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanı
14 sentyabr