Paşinyan istefa verdi

Paşinyan istefa verdiErmənistanın baş naziri Nikol Paşinyan istefa verib.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazir sosial şəbəkə hesablarında paylaşım edib.

"Konstitusiyanın 158-ci maddəsinə uyğun olaraq, yeni seçilmiş parlamentin fəaliyyətinin ilk günü hökumət istefa verir", - deyə o qeyd edib.

Yayılan videoda Paşinyan hökumətin istefası ilə bağlı sənədi imzalayaraq Ermənistan prezidentinə təqdim edib.

Baş nazir vurğulayıb ki, istefa verən hökumətin üzvləri yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra etməyə davam edəcəklər. Onun sözlərinə görə, Ermənistan prezidenti yeni parlament fəaliyyətə başladıqdan dərhal sonra parlament çoxluğunun namizədini baş nazir təyin edəcək.

Qeyd edək ki, hökumətin istefası əvvəlcədən planlaşdırılmış prosedur çərçivəsində baş verib. Bu addım avqustun 2-də Ermənistanın IX çağırış yeni parlamentinin fəaliyyətə başlaması ilə əlaqədardır.

Xatırladaq ki, son parlament seçkisinin nəticələrinə əsasən, Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 49.7 faizindən çoxunu qazanıb. Bu nəticə partiyaya təkbaşına yeni hökumət formalaşdırmaq imkanı verir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 5270   Tarix: 02 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

CNN: "ABŞ İrana qarşı "bütün bombaların anası"ndan istifadə etməyi nəzərdən keçirir"

ABŞ ordusu prezident Donald Trampın hərbi əməliyyatların bərpası barədə göstəriş verəcəyi təqdirdə İranda enerji infrastrukturu və nüvə obyektlərinə zərbələr endirmək üçün yeni planlar hazırlayıb. CNN-in ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, bu planlara "bütün bombaların anası" adlandırıla

15 oktyabr
.

Avropa Komissiyası Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 mlrd. avro köçürüb

Avropa Komissiyası Ukraynaya pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri və raketlərin alınması üçün 2,86 milyard avro vəsait köçürüb. APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilib. Qeyd olunub ki, vəsait 90 milyard avroluq maliyyələşdirmə proqramı çərçivəsind

14 oktyabr
.

Roma Papasında ağciyər xərçəngi aşkarlandı - Yenilənib

Roma Papası XIV Leo Romada fəaliyyət göstərən Aqostino Cemelli adına xəstəxanaya yerləşdirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Rai Radio-1" radiostansiyası məlumat yayıb. Burada pontifikin ağciyərdəki düyünün xaric edilməsi üzrə əməliyyat olunacağı bildirilir. Mövcud məlumat

14 oktyabr
.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Səudiyyə Ərəbistanının şərqində pilotsuz təyyarəni ələ keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya cümə axşamı günü Səudiyyə Ərəbistanının şərq bölgəsində bir pilotsuz təyyarəni ələ keçirdiyini bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, bu açıqlama, koalisiya tərəfindən çərşənbə axşamı və çərşənbə günləri Husilərin raket və dron ələ keçirməsində

15 oktyabr
.

ABŞ hərbçiləri heyət üzvlərini təxliyə etdikdən sonra Oman körfəzində İrana məxsus gəmini məhv ediblər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X paylaşımında ABŞ ordusunun çərşənbə günü Oman körfəzində İrana məxsus bir hərbi gəmini məhv etdiyi bildirilir. The Jerusalem Post-a istinadən xəbər verir ki, CENTCOM-un məlumatına görə, gəmi "Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini müşahid

15 oktyabr
.

Pakistanda məktəbin damının uçması nəticəsində 18 nəfər həlak olub

Pakistanda məktəb damının çökməsi nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb, onlardan 17-si uşaqdır. xəbər verir ki, bundan əvvəl "Dawn" qəzeti dörd nəfərin öldüyü və 20 nəfərin yaralandığı barədə məlumat vermişdi. Nəşr bildirib ki, "Cümə axşamı günü özəl məktəbin damının uçması nəticəsind

15 oktyabr
.

İsrail ordusu Qəzzada 1,5 kilometr uzunluqda gizli tuneli məhv edib

İsrail hərbçiləri Qəzza zolağının cənubunda Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən qazılmış 1,5 kilometr uzunluğunda tuneli məhv ediblər. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. "Qəzza zolağının cənubunda mühəndis-istehkam bölmələri "Yahalom"

15 oktyabr
.

ABŞ-da təyyarə qəzası: ölənlər var

ABŞ-ın Viskonsin ştatının Ridsburq şəhəri yaxınlığındakı meşəlik ərazidə kiçik təyyarə qəzaya uğrayıb. xəbər verir ki, bu barədə "ABC Nyus" məlumat yayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 6 nəfər olub. Onların hamısı ölüb. Məlumata görə, qəzadan əvvəl pilot 7300 metr hündürlükdə buzlanm

15 oktyabr
.

Estoniya parlamentinin onlarla üzvü hökumətə etimadsızlıq səsverməsini imzalayıb

Dövlət televiziyası ERR- in məlumatına görə, Estoniya müxalifəti Baş nazir Kristen Mixalın hökumətinə qarşı parlamentə etimadsızlıq səsverməsi təqdim edib. xəbər verir ki, təşəbbüsü Mərkəz Partiyası İsamaa və Mühafizəkar Xalq Partiyasından (EKRE) 33 Riigikogu üzvü, eləcə də doqquz müstəqil parlamentar

14 oktyabr