Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU: Yaralananlar var - VİDEO
Qara dənizdə Türkiyə gəmisinə dron hücumu həyata keçirilib.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
Türkiyədən Rusiyaya meyvə-tərəvəz daşıyan və Türkiyə bayrağı altında üzən NADHEZNA adlı "Ro-Ro" tipli gəmidə hücumdan sonra yanğın baş verib.
Hadisə nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla, ümumilikdə dörd heyət üzvü yaralanıb. Gəminin Samsundan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət etdiyi və Türkiyə vaxtı ilə saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30 - red.) Novorossiyskdən 30 dəniz mili məsafədə vurulduğu bildirilir.
Gəminin kapitanı Yalçın Şahin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini iddia edib. Onun sözlərinə görə, hücum zamanı altı-yeddi drondan istifadə olunub. Şahin kömək gözlədiklərini və gəmidəki hər kəsin sağ olduğunu qeyd edib.
Hücumdan sonra baş verən yanğına gəmi heyəti müdaxilə edib. Ərazidə dronların aktivliyi səbəbindən Rusiya Hərbi Dəniz Qüvvələrinin kömək məqsədilə gəmiyə yaxınlaşmaqda çətinlik çəkdiyi bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1118 Tarix: 03 avqust 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Ukraynaya zərbələri gücləndirdi: ölənlər və yaralananlar var
Rusiya və Ukrayna arasında müharibə davam edir. Son sutka ərzində Rusiyanın Ukraynanın bir neçə bölgəsinə raket və pilotsuz uçuş aparatları ilə endirdiyi zərbələr nəticəsində mülki itkilər qeydə alınıb. Reuters-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, Rusiyanın Xarkov vilayətini
6 avqustİsrail-Livan danışıqları bu tarixdə bərpa oluna bilər
Romada İsrail və Livan nümayəndə heyətləri arasında danışıqlar yeni bir gərginləşmə mərhələsindən sonra avqustun 6-da bərpa oluna bilər. Bu barədə "Associated Press"ə istinadən xəbər verir. Qeyd edilib ki, İsrail və Livan arasında danışıqların əvvəlki mərhələsi son dərəcə məhsuldar olub.Tərəflə
6 avqustBu ölkədə şiddətli yağışlarla bağlı qırmızı həyəcan siqnalı verildi
Hindistan Meteorologiya Departamenti (IMD) güclü yağışlar səbəbindən paytaxt Yeni Dehli üçün ən yüksək hava xəbərdarlığı olan qırmızı həyəcan siqnalı elan edib. xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat verib. Güclü yağışlar Yeni Dehlinin bir neçə ərazisində geniş tıxaclara və daşqınlar
7 avqustBu ölkə rekord temperaturlara hazırlaşır
Cənubi Koreyada isti dalğasının Seul bölgəsində pik həddə çatacağı gözlənilir. -ın məlumatına görə, həddindən artıq istilər səbəbindən artıq 20-dən çox insanın öldüyü bildirilir. Cənubi Koreya prezidenti Li Ce Myon isti ilə mübarizə tədbirində bildirib ki, "heç vaxt yaşamadığımız həddindən artı
6 avqustİran təzyiqlərə boyun əyməyəcək
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ölkəsinin təzyiqlərə boyun əyməyəcəyini bildirib. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. "Hədə-qorxudan, pozulmuş vədlərdən və saxta xəbərlərdən təsir gücü kimi istifadə etmək uğursuz bir strategiyadır. Faktları qəbul edin və öhdəlikləriniz
7 avqustBu ölkədə məktəbdə ATIŞMA: 7 nəfər ölüb, 15 nəfər yaralanıb
Taylandda məktəbdə baş verən atışma nəticəsində atıcı da daxil olmaqla yeddi nəfər ölüb, 15 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Tayland polisi bildirib. Məlumata görə, atıcı intihar edib. Hadisə Nonthaburi əyalətindəki nüfuzlu Debsirin Nonthaburi məktəbində baş verib. [hh4-unikal]
7 avqust